“Tənha insan, susma, danış” müsahibə layihəsi

“Tənha insan, susma, danış” müsahibəsi üzrə suallar:

1. Tənhasınızmı? Niyə?

2. Sizcə, tənhalıq alqışdır, ya qarğış?

3. Sizcə, tənhalıq sizi seçib, ya siz tənhalığı seçmisiniz?

4. Tənhalığa hansı hissi yaşadırsınız? (sevgi, nifrət, sevinc, kədər, təsəlli və s.)

5. Neçə il tənha yaşaya bilərsiniz?



Günel Xəzəl:

Tənha deyiləm. Ailəm, dostlarım, tanışlarım var.
Özüylə maraqlı olan adama tənhalıq alqışdır.
Mən tənhalığı hərdən çağırıram, o gəlmir.
Tənhalıq mənə huzur hissini yaşadır.
3 il təmtək və tənha yaşaya bilərəm.
Rəhim İmranov:

1. Tənha deyiləm. Sosial insan olduğum üçün kifayət qədər çox ətrafım var.

2. Tənhalıq qarğışdır. İnsanlardan uzaqlaşmaq niyə alqış olsun ki?

3. Lazım olduqda mən tənhalığı seçirəm.

4. Kədər, bəzən təsəlli.

5. Maksimum 2 gün. Ancaq Robinzon Kruzonun qəhrəmanı kimi tənha adaya düşsəm 10 il.

Əfsanə Haqverdiyeva:

1.Tənhayam, özümü tanıyan gündən. ailə, dost, tanış, heç də bir olmaq deyil, daxilimdəki tənhalıq heç vaxt məni tərk etməyib
2. Qarğışdı. Atamın bir sözü var idi, deyirdi ki, "təklik Allaha xas olan xüsusiyyətdi. Biz isə insanıq, həmişə bizi başa düşən bir insana ehtiyacımız var.
3.Mən tənhalığı seçmişəm.
4.Heç bir hiss, sadəcə boşluq, elə bir boşluq ki, baxanda gözün qaralar...
5. Belə getsə, ömrümün sonunadək(

Kefli Anar:

1. Tənha deyiləm,

2.Tənhalıqın alqışla və ya qargışla əlaqəsini görmürəm.  Tənhalıga bir çox səbəb ola bilər, amma gərək insan özü yaşamaqdan zövq almagı bacarmalıdır ki, tənhalıq deyilən xəstəlikdən uzaq olsun.

3.Mənim fikrimə görə tənhalıq xəstəlik kimi bir şeydir. İnsan nədən tənha olsun, nəyə görə tənhalıgı seçsin ki?

4.Bu sadəcə insanin özü özünə kəsdiyi bir cəzadır.

5.O ki qaldı, nə qədər tənha yaşaya bilmək sualına, mən 30-35 gün tənhalığı dadmışam buna da belə izahat verərdim ki, insana hərdən tam sakitlik lazımdır, hər şeydən, hər kəsdən uzaq qalıb beyin sakitləşdirmək üçün.

Xanım Mərdansoy:

Tənha deyiləm. Anam mənə yetir.
Tənhalıq?Pislərin əhatəsində olmaqdansa, tənhalıq alqışdır.
Tənhalığı kimsə seçmək istəməz ki, bəzən şərait tənhalığın məni seçməsinə gətirib çıxardır.
Nifrət, kədər.
Mən tənha yaşaya bilmərəm, çünki alışmadığım duyğudur. Çoxluğu sevirəm.
Çinarə Behbud:

Mən tənha deyiləm.
Qarğışdır məncə.
Fikrimcə çox pis bir hisdir bu. Seçmərəm.
 İnsana gərəksiz olduğunu düşündürür.
Tənha nəinki il, heç 1 gün də qalammaram. İntihar edərəm yəqin
Xan qızı- Şəhla Şam:

1. Tənhalıqdan qorxuram deyə, tənha deyiləm.

2. Tənhalıq nə alqışdı, nə qarğış, ya seçimdi, ya qismət.

3. Nə o məni seçib, nə mən onu seçmişəm.

4. Qorxu hissi.

5. Mən heç tənha yaşaya bilmərəm.

Комментарии