Xarabaxanada...

Xarabaxanadır. Xarabaya qalmış cəmiyyət, insanlar...
Xarabaxana olmayanı xaraba günə qoymalıdırlar hökmən...
Bu cəmiyyətdə, xarabaxanada:
  1. Həqiqət cəsarət tələb edər. Cəsarətsiz insanlar isə həqiqəti sevməzlər... Ona görə də zibilə atırlar səni, etdiyini... Dəyərini verərlər öləndən sonra... Bir, iki damcı göz yaşı...
  2. Qadın olmaq problemdir, dindar olmamaq da... Kişi və dindarların xarabaxasıdır bura...
  3. Pulu olanların var hörməti, qorxudan sevirlər insanları, bir də pul sevdirir insanları bir-birinə bu xarabaxanada...
  4. "Otveçat" söhbəti edən kişiciklərin ailəli, boşanmış qadınlara girişməsi, onları fahişə gözü ilə görməsidir, namusları dildədir, özləri isə oğraş yığnağı... Virtual əjdaha, divlərdir xarabaxanda...
  5. Çürük ürək, ağıl, vicdan, hisslər, zibilə atılası fikirlər, danışıq tərzi, davranışlar... Bilmirsən, kimi özünə dost biləsən, kimisini düşmən xarabaxanada...
  6. Tənqid təhqirə qarışır, ünsiyyətin axırı mübahisə, söyüş, təhqir, özünü haqlı çıxartmaq istəyi var qırılmışlarda...
  7. Səylər cəhd deyil, səylikdir sadəcə qırılmış səylərin xarabaxanasında...
  8. Xarabaxana da xarabların xanasıdır. Vay o gündən xarabların xanada çox ola sayları...
  9. Belə getsə, Allah bizdən üz döndərəcək. Hər şeyi Allaha bağlayırıq, kərimi, qisməti, məsləhəti, qoyub, verib, götürməyi də)) Allah kərimdir, Allah verən qismətdir, qismət, məsləhət Allahdandır, Allah qoysa, Allah verdiyi pay, Allah versə, getsin, gəlməsin. Bu dindarların ən böyük məsuliyyətsizliyi, təmbəlliyidir, xarabaxanada. Bilmirsən, harada yaşayırsan. Adı dünyavi-demokratikdir, multimədənidir guya...
  10. Alternativ yolları olan qeyri-adekvat insanların məskənidir xarabaxana...Analoqu yoxdur həm alternativ yol və həllərimizin , həm də qeyri-adekvat olan insanlarımızın bu xarabaxanada...
  11. Birinə bir yaxşılıq et, sonra etmə, borclu çıxardacaq səni, umub küsəcək, bu xarabaxanada, elə bil ki, var-yoxuna borclusan qırılmışların...
  12. Cəmiyyətin güzgüsü, həqiqət carçısıyam.İnsanlar güzgüdəki əkslərini sevməz, həqiqəti də qəbul etməzlər, çünki gözəllikdən uzaqdır.
  13. Bizim beynəlmiləl, kosmopolit, liberal insanlarımızın bir oxşar adı və cəhəti var-Pofiqizm...
  14. Bu xarabaxanada çürük qozdan çox çürük insan var...
  15. Beyni olmayan insanlar peyin olmağa məhkumdur, xarabaxanada...
  16. İnsanların kəmiyyəti yox, keyfiyyəti önəmlidir. Keyfiyyətsiz insanlar vaxtı keçmiş, çürük əmtəə kimidir...
  17. Səni yel aparsın, zatən yelbeyinsən, ey xarabaxanın sakini...
  18. Əsl dostluq qarşılıqlı olur, birinə dost desən də, qarşındakı səni özünə dost bilmirsə, sil getsin. Zamanla insanları tanıdıqca, iyrənirəm. Nə yaxşı ki, ətrafımda dostum azdı. Səmimi, təbii, cəsarətli insanların sayı getdikcə azalır.
  19. Atılacaq bir addım var bu xarabaxanada. O da tüpürmək, qoy üfunət versin xarabaxanaları...
  20. Mən Pisəm, ətrafımdakılar Yaxşıdı bu xarabaxana sakinləri üçün...

Комментарии