Zorlananlar…

Onun gözlərinin gördüyü son kadr onu öldürən şəxsin qəzəb və nifrət dolu baxışlı gözləri idi…

Ya əzirlər, ya əzilirlər… Çox zaman əzənlər əzilmiş olanlardır. Əzildiklərinin qisasını alırlar…

Ən pis zor güc və əzilmə isə həyat və insanların basqısı altında olur.

Belimi əyən həyat,
yükümü bir az azalt…

Ən çox yük daşıyan, güclü insanların belə zəif tərəfləri, qurban olduğu vaxtlar olub. Güclü insanlar bir zaman sınmış, yıxılmış, əzilmiş insan olur. Sınmadan bərpa olmaq, yıxılmadan ayağa durmaq və yeriməyi öyrənmək, əzilmədən güclü insan olmaq, əzilməməyə çalışmaq qeyri-mümkündür…

Zor gücü bilirsiniz nədir?

İnsanın iradəsinə qarşı edilən istənilən hərəkət, deyilən söz, döyülmə, söyülmə, təhqir, alçaldıcı söz, neqativ enerji və hissin paylaşılması və digər insana ötürülməsi zordur, qarşı tərəfi zorlamaqdır. İstər mənəvi, istər psixoloji, istər fiziki, istər ruhi, istər maddi…

Hər bir kəs bu həyatda zorun qurbanı da olub, zoru tətbiq edən də olub. Zorlanan hər kəs hökmən kimisə zorlayıb… İnkar etmək özünü aldatmaqdır.

Ən pis halda, həyat bizi zorlayır. Yükləyir, intihara sürükləyir. Dözənlər dözür, möhkəmlənir, həyatı zorlayır, dözməyəni həyat tükəndirir, bitirir, öldürür.

Xəstəlik də insanı zorlayan bir vasitədir.

Kök altında qalan hər kəs zorlanır. Çünki fərqlənirlər. Cəmiyyət onun kimi olmayanları, fərqlənənləri sevmir.

İnsanlar var ki, zorlanmaq, qurban olmaqla mübarizə aparmır, barışır. Qismətə yazır.

İnsanlar var ki, zorlamağı, aqressiya və neqativi paylaşmağı sevir, insanlara əzab verməyi sevir, qurban axtarır.

İnsan özü özünü də zorlayır, özünü aldatmaqla…

Uşaqları və insanı, canlıları, təbiəti sevməyən insanın sayının artması zorakılığın artmasıdır. Çünki təbiəti də o məhv edir, insanları da, uşaqların uşaqlıqlarını da, heyvanları da, bitkiləri də…

Zor gücü neqativ hiss, həyəcan, natamamlıqdan yaranır. Qürur atəşə tökülən benzindir…

Doğulmamış öldürdülən uşaqlar, doğularkən öldürülən, döyülən uşaqlar da…

Baxımsız qalmış uşaqlar, heyvanlar, istənilən təbiətin övladı, canlılar da…

Döyülən, öldürülən hər bir insanlar da…

Azadlığını bilərək və ya bilməyərək itirənlər də…

Qanunu pozanlar, pozmayanlar, onu yazanlar, yazmayanlar da…

Kəsilmiş, kökündən qoparılmış ağac və bitkilər də…

Ov qurbanı olan heyvanlar da…

Zorlanma nəticəsi olan uşaqlar da…

Sevgidən məhrum olanlar da…

Qorxan və qorxudanlar da…

Onların hamısı insanların istəklərinin qurbanıdır…

Zorlananlar da, zorlayanlar da canlılardır…

Zorlamasaq və zorlanmasaq, necə də gözəl və xoşbəxt, rahat, uğurlu insanlar, varlıqlar oluruqsa, niyə bəs bunu etmirik, niyə zora, aqressiyaya, neqativə meyllənirik?!

Hökmən kimisə öldürməliyik, nəyisə dağıtmalı, məhv etməliyik?!

Bəs şüur niyə verilib bizə? Yaxşını pisdən ayıra bilmiriksə, ya da ayırıb bilərəkdən pislik ediriksə, o beyin, şüur nəyimizə lazımdır?

Maddiyyat çatışmazlığı, ruh kasadlığı, mənəvi zəhərlənmələr, psixoloji xəstəliklər insanları qəddar, zora yönəlmiş, neqativ bir varlığa çevirir. Sevgi adı altında sevdiklərinə qarşı pislik edənlər azdırmı?

Maddiyyat gücləndikcə, mənəviyyat zəifləyir. Maddiyyat insanı yüklədikcə, insan pozitivliyi, müsbəti itirir.

Ölüm həm itkidir, həm qazancdır. Ölən insan üçün ölüm itkidir, ən əsas itki isə şansıdır. Görə bilmədiyi və yarımçıq qoyduğu işlər, planlar, arzularıdır.

Ölən insan həm də qazancdır ölüm. O, bu dünyadan gedir, bu insanlar onu itirir. İnsanlar onun dəyərini və dəyərsiz olduğunu, onu sevdiyini anlayır. Ölən insan üçün zaman ən böyük qazancdır. Öləndə dayanır zaman. Ölən insan nə tələsir, nə də gecikmiş olur ölərkən, öləndən sonra…

Zorlanmışlar digər zorlanmışları anlamalı olduqları anlamır. Fərq etmir ki, zorlanmış insanı kim, necə və hansı metodla zorlayıb…

Doğulmalı olan, ancaq doğulmayacaq uşaqlar…

Bitməli olan, ancaq bitməyəcək ağaclar, bitkilər…

Böyüməli olan, böyüməyəcək ov qurbanı heyvan və insanlar…

Ailəsi, doğma və sevdiklərinin sevgisinin deyil, qəzəb və nifrətinin qurbanları…

Azadlıqdan məhrum olan ailə üzvləri…

Öldürülən hər kəs…

Xəstələnən və yaşamalı olduğunu anlayan, öləcəyini bilən hər kəs…

Zorlanan və intihar edənlər…

Zorlanan və susanlar…

Dözənlər…

Bəlkə… Bəlkə daha qurban və cinayətkar olmayaq?! Bəlkə dayanaq və dayandıraq?!

Canlılara, təbiətə qarşı olan zorlanmanı dayandırmaq üçün axirəti gözləmək lazımdır? Gərək hər kəs və hər bir varlıq məhv olsun?

Öldürmək haqqını bizə kim verib axı?!

Mən istənilən növ aqressiya, zora qarşıyam. Mən öldürülməyə qarşıyam… Mən nifrətə, qürura, qəzəbə qarşıyam!

Комментарии