#eləbilirlərki

     
#eləbilirlərki kişilərdən ibarət hərəmxanam var, bütün kişiləri qapazlamışam, başqalarına qalmayıb, bəxtəvər başıma.

#eləbilirlərki kişi dostumun çox olması potensial ərliyə namizədlərin çoxluğu deməkdir. Nə vaxt ki, yanımda kişi görürlər, gözlərini dörd ayırıb soruşurlar ki, “Ciddidir? Nə vaxt gedirsən ərə?!” Elə bil ki, ərgənc və evdə qız qarımış qız uşağıyam…

Paxlavadan savayı, nəyəsəqoz qoymayanda elə bilirlər ki, antimental ünsürsən…

Qarabağ FK-nın fanatısan, #eləbilirlərki Ağdamlısan.

#eləbilirlərki, bizi ərə verməklə, ərə getməklə, əlimiz bala batacaq…

Комментарии