Belə bir adət var: Gözəllik həmişə haqlıdır. Babur Z.
Gözəllik uzun müddətli idarə etməyən şahzadədir. Sokrat
Gözəllik xoşbəxt olma andı, vədidir. Nitse.
Gözəllik- öncədən qəlbləri fəth edən açıq tövsiyə məktubudur. Şopenhauer
İnsanın hər sifəti, həm geyimi, həm ürəyi, həm də fikirləri gözəl olmalıdır. A.Çexov.
Hər kəsə özününkü daha gözəldir. Siseron
Gözəlliyin dünyası-dünyanın gözəlliyidir. Kuşner.
Gözəl qadını daha gözəl qadınla əvəz etmək olar, amma ağıllı qadını heç kimlə əvəz edə bilmirsən. Veselin Georgiyev
Gözəllik nədir? Həm alqışdır, həm qarğış, həm uğurdur, həm uğursuzluq, həm bəxtəvərlikdir, həm bəxtsizlik…
Gözəllik təbii halda, müsbətdir, pozitivdir, amma onu qəbul etmək, onu istifadə etmək, niyyət məsələsi heç də yaxşı olmaya bilər.
Adətən, cəmiyyətdə belə fikir formalaşır ki, gözəl insanın ağlı olmur, gözəl insan gözəlliyindən məqsədlərinə, arzularına çatmaq üçün istifadə edir. Bir yandan anlamaq olar, gözəlliyindən istifadə etmək fikri özü də bir fikirdir, ağlın məhsuludur. Ağılsız adamlar gözəl olduqlarını, irəli getmək üçün ondan istifadə edə biləcəklərini anlamazlar. Ağılsız adamlar gözəlliklərinin qədrini bilməz, istifadə etdiyi təqdirdə, konkret olmaz, sağa-sola xərcləyər, gözəlliyini üzər, digər tərəfdən ağlı çox olan insanlara gözəllikdən istifadə etmək gərək deyildir, onların başqa silah və vasitələri vardır.
Gözəl insanlara paxıllıq edənlər çox olur, onların yerində olmaq istəyənlər və ola bilməyənlər çox olur. Buna görə də gözəllik bəzən başa bəla olur. Bəzən gözəl insanlar gözəlliklərindən özləri istifadə etməsə də, başqaları istifadə etməyə çalışır.
Dünyanı xilas edən gözəllik bir çox hallarda dava, mübahisə, müharibələrin səbəbi olmuşdur. Çünki insanların çoxu gözəllik aşiqidirlər. İnsanları digər insanlarda ilk cəlb edən tərəfi onun zahiri gözəlliyidir. Bu həm üstünlükdür, həm bezdiricidir, həm də təhlükəlidir. Çünki gözəliyin kimi və hansı niyyətlə cəlb etdiyini anlamaq ilk mərhələdə çətin olur.
Çox zaman gözəllik bəxti açır da, bağlayır da… Gözəllik bəzən başa elə bəla olur ki, insan nözünün niyə gözəl olub, belə qarğışla yaşamağa məhkum edildiyini anlamır…
Gözəlliyi hesabına pul qazananlar da az deyil.
Gözəlliyi çox adam əldə etmək istədiyindən əsl problem də buradan başlayır. Verirsən, pis olursan, vermirsən, pis olursan.
İki seçim qarşısında qalanda, ağıl və ya gözəllik, ağılı deyil, gözəlliyi seçirlər. Gözəllik keçib gedir, ağıl isə artır, bitmir.
Gözəl doğulmaqdansa, bəxtli, ağıllı doğulmaq daha yaxşıdır.
Dünyanı gözəllik yox, insanlıq və sevgi, ağıl xilas edəcək.

Комментарии