Qızıl qaqalar sözü (satirik, tənqidi)

Absurdistan Respublikası Konstitusiyanın 1-ci maddəsinə əsasən dövlətin mənbəyi və xalqının milli mənsubiyyəti onun ana, bacısıdı.
Absurdistan Respublikası Konstitusiyasının 2-ci maddəsinə əsasən ölkənin qanunverici orqanı Qızıl Qaqalar Məclisi, icraedici orqanı Qızıl Qaqaların tin başıdır.
Absurdistanın qızları bahalı restoran, bıstrof, kafeləri kimidi, yeyib içmədən, xərc çəkmədən onun tualetindən və ya özündən istifadə etmək olmur.
Qaqa olmaq  üçün ay ərzində ən azı 5 prav çıxdığın razborka, fırlandığın 10 nəfər civi, imicin qıjı, hər 5 sözdən biri qaqa olmalıdı.
Absurdistan Respublikasının Konstitusiyasının 3-cü maddəsinə görə dövlətin varlığının əsas məqsədi “yaxçı oğlan, qızıl qaqaları” bir yerə könüllü, sərbəst toplamaq, onları tanıtmaqdı.
Absurdistan Respublikasının ali qanunu konstitusiyası deyil, Ali Qızıl Qaqalar Məcəlləsidi. Hər bir qızıl qaqalar bu məcəlləyə and içməli, onu əzbər bilməli, rəhbər tutmalı, zərurət yarandıqda, referendum yolu ilə ona dəyişikliklər etməlidir.
Absurdistan Respublikasının Konstitusiyasının 4-cü maddəsinə əsasən dövlət dili qızıl Qaqaların tin, küçə leksikonudur.
Absurdistan Respublikasının Konstitusiyasının 5-ci maddəsinə əsasən hüquq və azadlıqlar ancaq qızıl qaqalara məxsusdur, qalanları onlara tabedir, ondan icazə almalıdır.
Absurdistan Respublikasının Konstitusiyasının 6-cı maddəsinə əsasən qızıl qaqalar toxunulmazdırlar, müqəddəsdirlər.
Absurdistan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə görə qızıl qaqalara protiv gedən hər kəsi Qızıl Qaqaların Ali Tin Məhkəməsi kaznit edəcəklər, əgər əks gedən tərəf tüpürdüyünü yalasa, qızıl qaqaların ali baş hakiminə maddi hörmət etsə, o bəraət alacaq, ya da əfv fərmanına adı daxil ediləcək.
Qızıl Qaqaların qızıl qaydalarına görə öz ailəsinin qadın üzvlərindən savayı, bütün digər qadınlar əxlaqsızdı.
Qızıl qaqalar günün yarısını hökmən tində, çayxanada keçirməli, gününü necə keçirməsi ilə bağlı gündəlik hesabat verməlidir.
Qızıl qaqaların öz büdcəsi var, loxlardan yığılan, haram yolla qazanılan hər bir maddi, qeyri – maddi aktiv büdcəyə mədaxil edilir. Büdcədən məxaric baş qızıl mühasib, xəzinədar qaqanın icazəsi olmadan aparıla bilməz.
Qızıl qaqa qızıl olduğu üçün ona hər şey mojnadır.
Xalqın Ana-bacısı bəhanəsi ilə üzdə namuslu həyatı sürən, altdan isə o Ana-bacıyla da bazlıq edən o qızıl qaqalardı.

Комментарии