
Foto: Rüfət Yaqubov
Özümə…
Yaşamaq borcum…
Sevənlərdən qaçmaq,
Sevməmək borcum…
Dostlarıma dostluq borcum…
Bir də ki, güclü olmaq,
Gülümsəmək borcum var…
Ayaqda qalmaq borcum,
Vurulduqca, unutmaq borcum,
Yıxıldıqca, ayağa qalxmaq,
Üzüldükcə, ağlamamaq,
Qəlbimi sındıranları
Bağışlamaq borcum var…
İnsanlıq borcum var…
Sənə bir borcum var,
Üzr, peşmançılıq…
Gördükcə, xətrinə dəydiklərimi,
Utanmaq borcum…
O qədər borcum var ki,
Borclarımı qaytarmamış
Ölmək haqqım yoxdur,
haqqım halal edilməz mənə…
Комментарии