Erməni uşağını öldürə bilərikmi, öldürə bilərəmmi?
Böyük dillema, ziddiyyətli seçim sualıdır?! Əlbəttə ki…
Mən aqressiya, şiddət, nifrət və neqativdən uzağam. Amma ki…
Bir tərəfdən ermənilər öz uşaqlarını bizə və digər türklərə qarşı nifrət ilə böyüdür, manqurt edir, öldürməyi, işgəncə verməyi öyrədir, “Türklər, müsəlmanlar düşmənindir, məhv et” əmri ilə beyinləri yuyulur, öldürülməlidir ki, yaşamaq uğrunda mübarizədə biz öldürməsək, bizi öldürəcəklər. Böyüyüb yeni düşmən olacaq, bizim uşaqlarımızı, dinc əhalini məhv edəcək, nəslimizi kəsəcək.
Bir tərəfdən isə humanizm, empatik davranma… Biz də erməni kimi düşünsək, qisas hissi ilə yaşayıb uşaqları məhv etsək, hərbi və müharibə qanunları, etikasının pozulmasından savayı, bizi də onların səviyyəsinə salacaq, biz onların bizim kimi davranmasına eyni cavabı versək, nə fərqimiz var onlardan?!
Hər kəs öz insanlıq, xarakterinə görə davrana və seçim edə bilər. Amma uşaq uşaqdır. Uşaq qanına uşaq qanının axıdılması prinsipi bizi insanlıqdan çıxardacaqdır. Uşaq uşaq ikən günahsızdır. Böyüyüb günaha batır. Uşağı valideynləri, cəmiyyət, ətrafı tərbiyə edir. Bəlkə sağlam mühit və cəmiyyət olsaydı, düzgün ünsiyyət qurulsaydı və məlumat verilsəydi, o uşaqlar indi bizə nifrətlə böyüdülməzdi.
Qana qan lazımdır. Amma uşaqlara, dinc əhaliyə toxunmadan. Onlar da bir övladdır, valideyndir. Biz seçərək, məhv etməliyik, düşmənlərimizi məhv etməliyik. Nə edəcəyiksə, qayıdacaq.
Müharibənin qanunları və etika, humanizm vardır. Bizi necə yandırırsa, balamızın qətli, onları da yandıracaq. Sözsüz. Amma bizim savaşımız siyasətçi və hərbiçilərə qarşı olmalıdır, dinc əhaliyə qarşı yox. Yoxsa, biz də erməni olarıq.
Biz erməni deyilik, biz Azərbaycanlı, Türkük…
Biz haqlı tərəfik, biz insanlıqdan çıxmayaq. Aqressor. terrorçu olmayaq…
Комментарии