Fucking banking (Psix Psixoloqla həmmüəllif ) 18+

Bu yazı tənqidi, satirik, yumoristikdir. Kimsə aqressiv münasibət bəsləsə, deməli, yumor hissi yoxdur, aqressivdir, ona baş qoşmağa dəyməz.
İdeyaya görə və birgə fikirlərə, müzakirəyə görə Psix Psixoloqa dərin minnətdarlığımı bildirirəm...
Dünya və yerli təcrübədə bir neçə "bank" var...
  1. Pul bankı - cibimizə girən və bizi özümüzlə baş-başa qoyan, başqaları ilə düşmən edən pul olan məkan. Onun real, internet və mobil versiyaları da mövcuddur. Hər kəs ən azı həyatında bir dəfə bu bankın müştərisi olub, xidmətindən istifadə edib,ya məmnun qalıb, ya peşman olub... Nə kreditdən yarıdıq, nə depozitdən... Biz itirdikcə, onlar qazanır.
  2. Ağıl bankı - insanlara maariflənmək və məsləhət vermək yolu ilə pul qazanan məsləhətxanalardı. Məsləhəti maariflənməmiş, məlumatsız, məsuliyyətsiz, tənbəl adamlar alar. Ya da pulu çox olan, sırf etməyə yer axtaranlar. Ağlı olan adamlar məsləhəti satar, ağlı olmayanlar alar. Ağıl bankının məhsulları da müştərisinin cibindəki vəsaitə hesablanır . Qanunu oxumaq, məlumatlardan, təhsil almaq, zəruri kitabı oxumaq yerinə, biləndən və bilməyəndən ağıl almaq məntiqsiz addımdır. Təsəvvür edin, ağıllı adam ağıl bankına gəlib deyərmi ki, "ağlım yoxdur, mənə bir az Ağıl ver". Bank yiyəsi və əməkdaşları da soluna baxar, sağına baxar müştərinin, süzər, sonra ona verdiyi qiymətə görə də ağıl verər. Ağlımız alınınca, canımız alınsın.
  3. Sperma və ya yumurtalıq (reprobank) bankı - mənim kimi kişini özünə yük etmək, jiqalo, alfons saxlamaq istəməyən, kişidən asılı olmayan tək yaşayan qadınların ana olmaq istəyini gerçəkləşdirən pullu məkan. Əgər bir kişi ata olmaq istəyirsə, lakin qadını yoxdursa, ya da varsa, amma övlad dünyaya gətirə bilmirsə, səhhətində ciddi problemlər varsa, o zaman o pula surroqat ana xidmətindən istifadə edə bilər. Ya da ki, qadına yumurtalıq hüceyrələri transplantasiya edilə bilər ki, bu da çox bahalı əməliyyatdır. Hər iki halda, surroqatlıq beynəlxalq təcrübədə var, normal baxılır və bu xidmətdən istifadə edilir. Bizdə sonsuz olmaq, ana, ata olmaq çətindir. Qidalarımızı nəzərə alsaq, süni qidaların sayəsində sonsuzluq probleminin olması və çox yayılması faktını danmaq ağılsızlıqdır. Hə, bir də ki, trans və homoseksuallar da reprobanklardan çox istifadə edirlər. Təsəvvür edin: "Halal donor", "Hacı donoru, sperması, yumurtalığı" "kafir donor", "halal surroqat valideyn", "kafir surroqqat valideyn" anlayışları var, halal insanlar kafirlərə deyir ki, "Nə qədər ki, gec deyil, tövbə edin, günahdır, cəhənnəm odunda yanacaqsınız." "Yanan mən olacağam, sənə nə?!" desən, inciyəcək, təhqir edəcək, söyəcək, öz dinlərindən xəbərsiz dindarlar... Halallıq üçün üzü qibləyə durub mayalananlar, üzü qibləyə doğru surroqatlıq əməliyyatı, bir də  "xeyir - dua" altında mayalanma və doğulacaq uşaqlar.  Dəhşətə gəldim. Kosmos bizə yardımçı olsun, təbiət sənə güvənirəm. Halal həci klonlarından bizi qoru, ya Kosmos... Seçim verilib, sperma, yumurtalıq bankıdır. Hər bir sperma, yumurtalıq xüsusi təsnifata daxil edilir. Kimə nə lazımdır, o verilir, "Şeyx" qəlyanı çəkə-çəkə "şeyx sperması"nı arzulayanlar, uşaqlarına gələcək təmin edirlər, soymağa şeyxləri var. Milli sperma, yumurtalığı bəyənməyənlər üçün "ən yaxşı mal, xarici mal" şüarı altında olan donorlardır. "Hamı yerli mal alsın, xeyir vətənə qalsın" devizi altında donorlardan yerliləri seçənlər istifadə edə bilər.
  4. Əxlaq bankı - insanların şəxsi həyatına müdaxilə edib, onu mental və milli mənəvi dəyərlərə hörmət etməyə çağıran cəmiyyətin yığışdığı məkandır. Kimin üçünsə şaiyə buraxmaq pulsuz və ya pullu xidmət ola bilər. Öz əxlaqı olmayan, amma özünü hamıdan üstün, əxlaqlı sayanlar və əxlaq davası döyənlərin  məşvərət məclisi yığışaraq bir qərar qəbul edir, sonra əxlaqsız hesab etdiklərinə əxlaq dərsi keçir, dərsdən öncə onu qaralayır, ləkələməyə, yıxmağa, döyməyə çalışır. Alınmayanda, başqalarını köməyə çağırır. Kimdə nə yoxdursa, başqa birindən alır, o birisinə "özümünküdür, işlət, qaytar" deyir, bizdə isə öz əlinlə aldığını geri qaytarmaq olmur. Olan verənə olur.
  5. Daxili orqan  (donor)bankı - hə, bax bu əslində xeyriyyə məsələsidir, nəzərə alsaq ki, bir çox dindar yox, məhz kafirlər öləndən sonra daxili orqanlarını pulsuz ehtiyacı olanlara donor kimi verməyi vəsiyyət edir, o zaman vəziyyət acınacaqlıdır. Din həyat xilas etməyi deyir. Kafirlər öləndən sonra hədiyyə edəcəkləri orqanları ilə bir və iki nəfərin həyatını xilas edir. Demək ayrı, etmək ayrı... Xaricdə hər orqanın öz qiyməti var. Kimisi əlacsızlıq, yoxsulluqdan satır daxili orqanlarını, kimisi ölməmişdən öncə kiməsə bir yaxşılıq etmək istəyir, kimisi aldadılaraq daxili orqanlarından məhrum edilir. Maraqlıdır axı, niyə traffikinq və daxili orqan alveri, uşaq pornoqrafiyası, pedofiliya məhz niyə şərq cəmiyyətində daha çoxdur, nə qədər cəzalandırılsalar da, sayları azalmır, əksinə artır?!
  6. Qan bankı - qanı çox və ya az olanlara xidmət göstərən bankdır. Qanı pulsuz alıb, pulla satan məkandır. Xaricdə qan donoruna pul verilir, bizdə isə pulsuzdur, hələ dərəbəylikdir. Hər kim gəldi, qan verir, halbuki xüsusi şərtlər və xəstəlik siyahısı vardır ki, o xəstəliyi olanlar qan və daxili orqan donoru ola bilməz. Bizdən qan alıb, öz qanlarını sırıyanlar və qanımızı qarışdıranları demirəm hələ...
  7. Sərmayə bankı və ya biznes mələklər - pul pul gətirməlidir. Bizdə pul gəldi, gətirmir, birdəfəlik gedir. Odur ki, nə qədər istəsək də, pul gəlsə də, artmayacaq, çıxacaq, dürüst biznesmen və sərmayədarlar, biznes mələklər də ağıllı olduqlarından bu bazara girməzlər. Çünki çox riskli və geri qaytarılması mümkün olmayan sərmayə bazarımız var şərqdə... Bizim sərmayə bazarımız şəxsi cibdir, cibin də ki, nə uzunu var, nə eni... Dibsiz, ensiz ciblərdir, dolmur ki, dolmur...
  8. CV, iş bankı - Boşı yerə işsizləri və ya işi olub iş axtaranların bazasını yığır, adını vasitəçi qoyub bir işə yaramayan banklardır. CV-dən çox CV, namizəddən çox namizəd, kadrdan çox kadr, di gəl, nə iş var, nə iş tapan... Hələ bu banklar iş axtaranlardan işə və ya sənədlərə, qeydiyyat görə pul da alır. Tez-tez iş yerlərini, kadrlarını, ünvanlarını dəyişdirib, insanları aldadır.
  9. Söz bankı - əlindən bir iş gəlməyənlərin işidir söz... Sözün arxasında əməli olmayanlar söz bankını yaradıb, yığışır, işçilərini tez-tez dəyişdirirlər, çünki məqsədlər, hədəflər, qurbanlar dəyişir, onlara görə də peşəkar kadr olmalıdır. Yanaşma fərdidir. Söz bankı söz pəhləvanlarıdır. Sözlərindən başqa əlində bir şeyi olmayanlardır.
  10. Qrant (pul donor) bankı - bu ayrı dərddir. Xaricə çıxmaq üçün ölkəsini pisləyənlərdən tutmuş, pul və gözəl həyat naminə xalqını satanlaradək, hələ pul alıb, sifarişlə yazanları, kimisə vuranları, şərləyənləri demirəm. Hərə bir qeyri-hökümət təşkilatı açıb, qrant alır, layihə yazır, ortada heç nə yoxdur, əsas məqsdə qrantı alıb yeməkdir.

Biz itirdikcə, onlar qazanır. Hamısı lox axtarır, axtaran isə tapır...
Bizim cəmiyyətdə hamısı doğru, halal olmadığından, bir cümlə ilə onları ifadə etmək olar: Fuck them all...

Комментарии