Mənim həyatım…

Evim həyatım kimidir, boş, səssiz, tez-tez dəyişən, əsaslı təmirə ehtiyac duyan, dəlixanaya salacaq xatirələrlə dolu…

Mən dəyişdikcə, dəyişirəm onları da…

Dəyişkənlik də həyatım və evim kimidir.

Hər dəfə yenidən başlayıram, davam edirəm, özümə inad…

İnsanlara üz tutub deyirəm:

– Sizi rahatlandıracaq, xoşbəxt edəcək, sevindirəcəksə, məni əxlaqsız bilin.

Bəzən düşünürəm ki, ölməkdən qorxmaq lazım deyil.

Ayrılmaq və ya bitirməkdən qorxmaq lazım deyil.

Yenidən doğulmaq üçün ölmək lazımdır.

Yenidən başlamaq üçün bitirmək lazımdır.

Üzülmə, həyatım, qorxma, bu sənsən, mənim həyatım. 

Комментарии