Aynaya keç, bax özünə…
Bir gündə bir il qocaldın…
Dünənində qalmış insan
Keçmədi ki, bu gününə…
Nə o sən deyildir,
nə sən osan indi…
Dünənə buraxdın xatirələri,
Bir gündə bir il qocaldın…
Dünənində qalmış insan
Keçmədi ki, bu gününə…
Nə o sən deyildir,
nə sən osan indi…
Dünənə buraxdın xatirələri,
Dərdini, yaranı, tənhalığını…
Sevgin də sınaqdan çıxa bilmədi,
Nə sən sevəcəksən, nə də o səni…
İnsanlar həyatda karvan kimidir,
Uzun yol gedəndə səndən keçəcək, öncə arxadadı, sonra yanında,
Sonra da sürətlə səni keçəcək…
Həyatı dünəndə buraxıb getdin,
Dəyişdin bir günə bir insan üçün
Bir səhvi aparır neçə doğrunu
Həyatın testindən kəsildi dünən…
Bax, indi özünə, bir də bax ona,
Kövrəlmə, ağlama, güclü ol bir az
Güclü insanlara ağlamaq olmaz,
Hamının yanında gərək güləsən…
Bir günə dəyişən, bir gün sevirdi,
Bu gün sevgisindən qalmayıb nişan…
Nə mən o mənəm artıq…
Nə də sən o sənsən, unudaq, burax…
Nə sən sevəcəksən, nə də o səni…
İnsanlar həyatda karvan kimidir,
Uzun yol gedəndə səndən keçəcək, öncə arxadadı, sonra yanında,
Sonra da sürətlə səni keçəcək…
Həyatı dünəndə buraxıb getdin,
Dəyişdin bir günə bir insan üçün
Bir səhvi aparır neçə doğrunu
Həyatın testindən kəsildi dünən…
Bax, indi özünə, bir də bax ona,
Kövrəlmə, ağlama, güclü ol bir az
Güclü insanlara ağlamaq olmaz,
Hamının yanında gərək güləsən…
Bir günə dəyişən, bir gün sevirdi,
Bu gün sevgisindən qalmayıb nişan…
Nə mən o mənəm artıq…
Nə də sən o sənsən, unudaq, burax…
Комментарии