Satıram…

 
 
 
 
 
 
cropped-nofel.jpg
Foto: Nofəl Ümid
Gözlə görünməyən nə varsa… Toxuna bilinməyəcək nə varsa…
Öncə qəlbimi… Sonra ruhumu…
Vicdanımı… Ağlımı… Fikirlərimi…
Əqidəmi… İnsanlığımı…
İçimdəki görə bilmədiyim, yaşada bilmədiyim inamımı…
Özümdə qalan, özümə saxladığım Allahımı…
Sirrlərimi… Tamlıqdan ibarət sükunətimi…
İnsan olmaq üçün, zamanla ayaqlaşmaq üçün satıram…
Zamanımı… İmkanımı… Uğurlarımı…
Ümid və etibarımı…
Fəth etdiyim zirvələri…
Hamı kimi olmaq üçün satıram onları…
Hərraca çıxartmışam… Hərəsinə bir qiymət qoymuşam…
Şeytanı gözləyirəm, gəlib alsın hamısını birdən…
Bəlkə sonra oldum zamanə adamı…

Комментарии