Sevirəm…

 
 
 
 
 
 
Foto:Nəriman Ismayilov 
Təkliyimi sevirəm. Çünki özümə vaxtım olur, özümü dərketmə, sevmə, tənqid edərək inkişaf etdirmə mümkündür. 
Ən əsası özümü aldatmır, özümdən küsmürəm, təktərəfli münasibət deyil, qarşılıqlıdır, aldıqca verirəm, verdikcə alıram. 
Kimisə nədəsə günahkar bilmir, ittiham etmir, kiminləsə münasibəti korlamıram. Çünki günahkar özümü bilirəm. 
Bir də ki, insan fiziki dünyadan mənəvi-psixoloji dünyaya keçəndə onun kənar şəxslərə ehtiyacı yoxdur. 
İnsana dost gərəkir. Amma ən yaxın dost insanın özüdür. Başqa dostlar yadlaşır, düşmən olur, sirrini paylaşır, zərbə endirib yaralayır.
Özümlə dost olanda düşmən kimi nəyə qadir olduğumu bilir, özümdən qorunuram. 
Kişiyə də ehtiyacım yoxdur. Çünki ehtiras, sevgi vaxt, əsəb itkisidir, təməli yalandan qoyulub deyə… 
Səni sevirəm, ey insan övladı, bir insan kimi… Bəzən dost bilirəm, bəzən yaxınım. Bəzən düşmən olursan, bəzən uzağım…  
Sevməyi sevirəm, təkliyimdən… Çarə bir təsəllidir, məndən uzaqdı, çarəsizliyi mən buraxmıram özümə yaxın. 
Canlıları, təbiəti sevirəm, daha doğmadılar, canlıdır insanlara baxanda. Dərd etmirlər heç nəyi. Yaşayıb bitirirlər ömürlərini… Yenisi gəlir, bitən ömrün üstünə…
Musiqidə, rəsmdə, ədəbiyyatda, yaradıcılıqda harmoniyanı sevirəm, pafosdan, yalandan uzaq, fikir və hisslərimi əsir alanda… 
Ən çox sükunəti sevirəm, səssiz külək, dəniz havası, qaranlıq, bir də məni, dinləyirəm təbiətin sükunətini, insanlar qoysa… 
Hər sevdiyimdə, sevgimdə sən varsan, Tanrım, səni sevirəm… Səni sevirəm…  

Комментарии