Susub dinləyin…

Aşağıdakı hallarda insanları susaraq dinləyin, izləyin, nəticə çıxardın, çünki gizlənən həqiqət üzə çıxacaq:
1. Onu tənqid edəndə-bir çox insanlar tənqidə açıq olmaz, onu sevməz, qəbul etməz, onu təhqirlə qarşılayarlar. Ona görə tənqid edin. Tənqid sağlam, qərəzsiz, əsaslandırılmış olmalıdır. Sonra isə sadəcə dinləyin, müşahidə edin, həmin insanı tanıyın;
2. İçkili vəziyyətində-insanların çoxu içkili olanda, daha açıq, səmimi olur, dedikləri sözlərin dərinliyinə varmır, sərbəst və gözlənilməz etiraflar edirlər. Daha emosional olurlar. Ona görə də İçkili vəziyyətdə onu izləmək mütləqdir;
3. Onu rədd edəndə, ona “yox” deyəndə-bir çox insanlar inkar, rədd edilməyi sevməzlər. Çünki qürurlarına toxunur. Zamanla yığılan sözlər bir “yox” cavabından sonra vulkan kimi püskürə bilər;
4. Onunla zarafat edəndə-insanların bir çoxu cəsarət tapıb deyə bilmədiyini, edə bilmədiyini zarafatla deyib, edir. Zarafatlara zarafat kimi və qeyri-ciddi yanaşmayın;
5. Onu hirsləndirəndə-ən çox yığılıb qalan sözlərin, səbrin aşıb daşması insanın partlaması onun hirsli anında olur. Hirsli insan təhlükəli deyil. Təhlükəli olanı hirsini gizlədən, sakit insanlardır. Hirsləndirmək üçün səbəblər fərdidir;
6. Onun sualını cavabsız qoyub, uzunmüddətli fasilə verib düşünəndə-bir çox insanlar verdikləri suala dərhal və ətraflı və ya konkret cavab almaq istəyirlər. Sanki onlar harasa tələsir, cavan isə gecikir. Düşünərək cavab vermək lazımdır. Dediyiniz hər bir söz, verdiyiniz hər bir cavab sizin əleyhinizə istifadə edilə bilər. Düşünürək cavab vermək, insanları bir çox səhvlər və problemlərdən qoruyur;
7. O yuxuya gedəndə, yuxulu olanda-insan yatanda, beyin tam sönmür, kənar səslərə qarşı ayıq olur. Yuxulu insana və ya yatan insana sual vermək onu hazırlıqsız vəziyyətdə dərsə çağırmaq kimidir. Birbaşa və konkret verdiyiniz suala adekvat cavab ala bilərsiniz.

Комментарии