Bir məsələdə insanlara həm həsəd aparıram, həm yox.
İnsanlar hər şeydə təsəlli ilə özünü aldatmağa, tədbir görməməyə, mübarizə aparmamağa, təmbəlliyə o qədər adətkar olub ki… Nə oldu, olmadı, hər işə, hər hala hazır bir təsəlli var, olmayanda da, başqaları hökmən yeridir.
1. İki sevgili ayrılanda özünə təsəlli verirlər, dost qalacağıq. Nədənsə, boşananda düşmənçiliyi seçən həmin insanlar sevgilisi ilə ayrılanda dost qalacaqlarına sadəlövhcəsinə inanırlar.
2. Qadın uşağını doğmadan itirir, təsəllisi o olur ki, cavandı, başqa birisi olacaq, bu xəstə, zəif imiş ki, doğulmayıb, doğulandan öldüyü üçün mələyə çevrilib.
3. Dindarlar tək və tənha qalanda, reallığı dərk etməmək üçün təsəlli tapırlar ki, təklik Allaha məxsusdur, mən tək deyiləm, çünki Allah mənimlədir, məni tək qoymur.
4. Uşaq dərs oxumur, ali məktəbə qəbul olmur, təsəlli gəlir ki, bu il olmadı, gələn il, pul və tapşırıqla bir yerə düzələr, diplom alar.
5. Hərbi xidmətə çağırılanda, ölmə ehtimalı olsa da, təsəlli verirlər ki, vətən uğurunda ölüb şəhid olacaq, həyat məktəbini keçib kişiləşəcək, adam olacaq. 18 il adam olmadı, 2 ilə adam olacaq təsəllisi.
6. Kasıbın pulu, evi olmayanda təsəlli verir ki, əsas can sağlığı, mənəvi zənginlikdi, gözüm yoxdu, mal-mülk, pulda gözüm də, qarnım da toxdur.
7. Sonsuz ərlə arvadın təsəllisi odur ki, uşaq istəmirik, biz bir-birimizə bəs edirik, bir-birimizi uşaq olmadan da sevirik.
8. Ərə getməyən və ya gedə bilməyənlərin təsəllisi var ki, ərə gedənlərin əli bala batmayıb…

Комментарии