İnsanın yaralı yerinə bas, getsin. Zəif adamın ha, heç cınqırı da çıxmayacaq, ağrıtsa belə… Güclüyə dəymə, sənin elə yerinə basar ki, soxarsan içinə…
Qaza bas, getsin, avtoşluq elə, keç insanların üstündən… Pulun varsa, çıxacaqsan vəziyyətdən…
Gopa bas, xoşbəxt həyatından, varlı yaşam tərzindən, tanışlarından… Kimsə inandı bəlkə, düşdü tələnə…
Düyməni bas getsin… Yığ uzun mətni, yolla kiməsə, sonra səni blok etsinlər, üzr istəməyə üzün gəlməsin…
Keyfiyyətsiz malları yüksək qiymətə bas mağazanın, supermaketlərin rəflərinə, cəhənnəmə ki, kimsə zəhərləndi… Vecinə alma…
Kimdən xoşun gəlmir, bas, sal təpiyinin altına, getsin…
Bir qadın dostun dəvət etsin evinə, dost kimi o da…Sən də fürsətdən istifadə et, düşüb girəvə əlinə… Bas, getsin…
Bas cibinə 100lüyü, işin getsin deyə, adını qoy, şirinlik, hörmət…
Gördün kimsə şıllaq atır, baxmır sözünə, bas içəri, 24 sutkalıq…
Hə, bir də, qaranı bas, səni basmamış…
Di, bəyənə bas getsin, anladınsa, ey anlayan…
Budur sizin dar azadlıq anlayışınız.

Комментарии