Bilmək istədiyim…

İnsanlarda ilk sevgi ölür, sonra insanlıq…

Əlimi sənə uzatdım ki, bilim, əlimdən tutacaqsan, ya əlimi kəsəcəksən, bir əlimdən məhrum olmağım üçün…

Nəyi bilmək istədimsə, bildim. Bilmək istəmədiklərimi də bildim.

Bəzən susaraq, bəzən soruşaraq, bəzən sadəcə dinləyərək…

Bilmək istədiyimi sınayaraq, yoxlayaraq da bilirdim.

Məsələn, insanları yoxlayırdım, müəyyən vəziyyətə salırdım.

Sosial sorğu, sınaqlar vasitəsilə insanların bu və ya digər vəziyyətə, insana münasibətini bilirdim.

Ən əsası kim haqqımda nə düşünür onu da bilirəm.

İnsanlar nə qədər gizlətməyə çalışsa da, bir yerdə səhv edir, demək istəmədiyini deyir.

Bunun adı manipulyasiya, spekulyasiya, provokasiyadır.

İnsan psixologiyasını bilən hər kəs bunu edə bilər.

Siz də sınayın və nəticəsinə heyran qalın.

Комментарии