Bəlkə yatım,
Yumub gözlərimi
Yuxuya gedim?
Görüm səni,
Tutum əlindən,
Danışım sənlə,
Qucaqlayıb
Öpəsən alnımdan?
Bəlkə oynayaq,
Sən gizlən,
Mənsə axtarım,
Yetərincə gizləndim
Öz dünyamda,
Növbə sənindir…
Bəlkə sən qaçasan,
Mən tutmağa çalışım
Öz kölgəmin dalınca
Qaçdığım kimi…
Birlikdə gedək yuxuya,
Yuxumda görüm səni,
Ayılanda görüm ki,
Yuxumda qalmısan…
Bəlkə böyümüsən,
Gözləyirsən ki, gəlim,
Hər dəfə tutaraq,
Qaçırsan qapıya tərəf
Deyirsən sevinərək:
Ata, qapını aç,
Anam gəldi…
Hər dəfə də
Məyus olub
Bərk inciyirsən…
Bilirəm, çox pisəm
Səni özümdən ayırdım…
Yumub gözlərimi
Yuxuya gedim?
Görüm səni,
Tutum əlindən,
Danışım sənlə,
Qucaqlayıb
Öpəsən alnımdan?
Bəlkə oynayaq,
Sən gizlən,
Mənsə axtarım,
Yetərincə gizləndim
Öz dünyamda,
Növbə sənindir…
Bəlkə sən qaçasan,
Mən tutmağa çalışım
Öz kölgəmin dalınca
Qaçdığım kimi…
Birlikdə gedək yuxuya,
Yuxumda görüm səni,
Ayılanda görüm ki,
Yuxumda qalmısan…
Bəlkə böyümüsən,
Gözləyirsən ki, gəlim,
Hər dəfə tutaraq,
Qaçırsan qapıya tərəf
Deyirsən sevinərək:
Ata, qapını aç,
Anam gəldi…
Hər dəfə də
Məyus olub
Bərk inciyirsən…
Bilirəm, çox pisəm
Səni özümdən ayırdım…
Комментарии