Bu sevgi deyil…

Hər nədirsə, odur…

Sevgi deyildir…

Bu şəxs əvəzliyi,

İşarə əvəzliyidir…

Əvəzlikdir, əvəzləyir,

Sevgini belə…

Sevgiyə çatdınsa,

gerçək oldusa,

öləcək tezliklə,

yolda,

səndən qaçarkən,

vuracaqlar onu

insanlar…

Boş baxışlar,

havaya atılmış sözlər,

sussunlar bəlkə,

səssizliyimi bölməsinlər…

Sevə bilmirəm…

Nə sevgi lazımdır mənə,

nə də sevmək üçün kimsə,

anlada bilmirəm bunu insanlara…

Dirəşiblər, bezdirirlər, inad edərək…

Комментарии