Kapitalist atalar sözləri

image
Foto: Rüfət Yaqubov
  1. Işsizlik və bekarçılıqdan yorulmaqdansa, eşşək kimi işləməkdən yorulmağın labüddür.
  2. Sevdiyin insana sevgi sevişənədəkdir, sevişəndən sonra sadəcə sevişmək istəyirsən, sevmək deyil.
  3. Qışda buludlu havada arada görsənən günəş, ağacda qalan son, solğun yarpaq kimidir seçilmiş dostlar. Üstündə əsir, həsrətindəsən.
  4. İnsan geyinmək üçün çox pul xərcləyir ki, sonra onu pulsuz və ya pulla soyunsun, soyundursunlar.
  5. Kitab alıb ev və işdəki şkaf rəfinə və ya stolun üstünə qoyun, oxumasanız belə, erudit insan obrazını yaradın, bu sizə olan fikri dəyişəcək, sizi ucaldacaq.
  6.  Keyfiyyət önəmli deyil, əsas odur ki, tələbat yaradırsan. kəmiyyət artır.
  7.  Gəlirlərinizi üstələyən xərcləriniz olsa belə, narahat olmayın, ən bahalı məhsulu alın ki, başqaları sizə paxıllıq etsin. Bu rəqabəti formalaşdıracaq.
  8.  Qaranı ağa, ağı qaraya boyamaq asandır, yetər ki, əlində rəng olsun.
  9.  “Yox” demək “hə” deməkdən daha asandır. Birinci dəfə dediksə, ardı gələcək.
  10.   Bir sirri ictimailəşdirmək üçün onu başqa bir adama demək kifayətdir.

Комментарии