“Kişi” kimi qadınlar

Bir çox qadınlara deyilən sözdür, kimi üçünsə bu alqışdır, kimin üçünsə qarğış…

Kişi kimi qadınlar əslində seksist yanaşmadır və cinslər arasında ayrıseçkilik, diskriminativ yanaşmağa sövq edir.

Kişinin ideallaşdırır, mükəmməl edir, qadını aşağılayır. Sanki qadın kimi qadın olmaq bir təhqirdir, kişi kimi qadın olmaq isə başucalığıdır. Eyniylə qadın kimi kişilər də kişi üçün qarğış, təhqirdir.

Sanki qadın kişiyə möhtacdır, kişi kimi olsa, daha çox hörməti var. Kişi daha üstün və önəmlidir. İnsan olmaqdan öndə gedir cins məsələsi, əfsuslar olsun ki…

“Kişi kimi” ifadəsi qadına niyə aid edilməlidir? Qadın qadın kimi olmamalıdır? Qadınlıq ən aşağı və səviyyəsiz varlıqdır məgər?

Kişi kimi necə ana olmaq olar?

Kişi kimi həyat yoldaşı? Ya da ki, qız övladı, bacı?

Mərd, cəsarətli, səmimi, təbii olmaq, sözü üzə demək, mübariz, işgüzar olmaq, məntiqli düşünmək, uğur qazanmaq, tək yaşamağı bacarmaq, pul qazanmaq ancaq kişilərə xasdır məgər?

Məncə bunlar hər bir insana xas olmalı cəhətdir, cinsiyyət məsələsi deyil.

Kişi kimi qadın olmaq mümkün deyil. Ya qadın olmalısan, ya da kişi…

Kişi kimi qadın olmaq translardır, onlar da qalıb ortada…

Комментарии