Kişinin ipi… (satirik, yumoristik yazı)

 
 
 
 
 
 
IMG_5872
Foto: Rüfət Yaqubov
Yazını ciddi qəbul edin, hər yumor bir həqiqəti gizlədir özündə… Kimsə inciməsin.
Əsl kişi qadınından bərk qorxmalıdır, çıldağa düşəcək qədər. Qadınından qorxmayan kişi hər qələti edər. Kişinin ipi qadının əlində olmalıdır. Ən azad kişinin belə ipi onun qadınının əlində olur. Mütləq bir qadının əlindədir. Ya anası, ya bacısı, ya sevgilisi, ya həyat yoldaşı, ya qızı…
Bəzi kişilər daha bic tərpənir. İpini verir qadının əlinə, öz tərəfindən də ipi kəsib başqa yerə bağlayır. Ya da ipin bir tərəf kişinin əlində olur. İstəyəndə dartır. Qadın bir tərəfə, kişi bir tərəfə, beləcə mübahisə və anlaşılmazlıqlar başlayır, sevgi nifrətə, incikliyə keçir.
Güzəştə getmək üçün variant: Kişinin ipini qadının ipiylə birlikdə düyünləməkdir
Qadınlar çox təhlükəlidirlər. Ələxsus da, aldadıldığı zaman, ona xəyanət edilərsə, istədiyinə nail olmazsa, ondan ayrılmaq qərarına gəlinərsə, gizlətdiyiniz nəyisə sonradan özü öyrənərsə.
Qadınları bu cür hallara münasibətləri fərqli ola bilər:
    1. Sadəcə susub müşahidə edə bilərlər.
    2. İsterika qoparda bilərlər.
    3. Araşdırıb işin içinə yetə bilərlər.
    4. Soyuqqanlı yanaşanlar.
    5. Qisas alanlar.
    6. Bundan sui istifadə edib kişini məhdudlaşdıranlar.

Комментарии