Oda, suya salan gülüşlər

Sənin üzün güldükcə, heyranlıqla sənə baxırdım… Bəlkə çox güləsən, sənə çox baxım?!

Gülüşlər müxtəlifdir.

Hər gülüşün göndərdiyi bir ismarıc var.

Üzüm gülür, təbəssümlə qarşılayıram səni…
Baxışlarımdakı kədəri tuta bilirsənmi şəkillərimdə?

Balıq gülüşü səssiz, içə atılmış, gizli, sirli gülüşdü… Gülüş bir söz deyər, baxışlar başqa söz…

İnsanları onların gülüşünə görə tanımaq olar. Gülüş özü bir ismarıcdır.

Sakit və səssiz gülüşlər təhlükəlidir. Gizlin gülüşlərdir. Bəzən isə məkrli.

Bir də ironik, nifrət dolu gülüşlər var. Bu da yaxşı əlamət deyil. Ehtiyatlı olmaq lazımdır.

İçdən gülən insanlar səsli gülərlər.

Gülümsə, deyim sən kimsən…

Комментарии