Qız uşaqları…

Niyə doğulur ki,

qız uşaqları?!

Abortla ölümü

qınanılmasın,

Onsuz da, cəmiyyət.

bir də insanlar,

Öldürür o qızı mənəvi yolla…

“Olmazlar, sən qızsan” bəhanəsiylə,

Nə təhsil verilir, uşaqtək qalır,

Verirlər erkən qız uşağını,

Özündən böyük, boşanmış,

ya da ki, dul birisinə…

Niyə doğaq axı qızı dünyaya?

Qız olub bakirlik yükü var onda,

Bəxti gətirməzsə, gedəcək ərə,

Sonra boşanaraq qadın olacaq,

Boşanmış, bakirə olmayan insan…

Niyə doğulur ki, qız uşaqları?

Onları evində kim çox sevir ki?

Ən çox döyülən o, söyülən odur,

Qardaşı, atası, sonra da əri,

Guya ki, namusun keşiyin çəkir…

Niyə doğuruq ki, qız uşağını?

Zorlanan onlardı, nə olsun axı,

cəzanı kişilər çəkmək yerinə,

günahsız zorlanan qız cəzalanır…

Ərə veriləcək zorlanan kəsə,

ya da ki, atılar küçə tininə…

Ya da ki, öldürər onu kişilər…

Niyə doğuruq ki, qız uşağını,

Kitab yerinə o, erkən yaşında,

Bir övlad doğmalı olacaq axı…

Danlayar anası, atası, hər kəs,

Sonra ər evindən çıxa cəsədi…

Ər də döyər, ər anası da…

Hələ lazım gəlsə, oğulu olsa.

O da dəyəcəkdir, ana bacısın…

Niyə doğulur ki, qız uşaqları?

Gəlincik yerinə gəlin olsunlar?

Sonra da bəxtsizlik acığını

çıxsınlar oğlunun seçdiyi qızdan?!

Комментарии