Exif_JPEG_420
İnsanları görəndə,
Müharibə zamanı,
Yetim qalmış uşaqlar,
Əsir düşənlər,
zorlananlar,
düşməndən hamilə qalanlar,
uşaq evləri,
Küçədə itmiş insanlar,
Yaddaşı pozulanlar,
Qocalar evləri,
Küçəyə atılmış ana, atalar…
Övladından yarımayanlar,
Anasından, atasından
yarımayan övladlar,
paxıl bacı-qardaşlar,
qısqanc həyat yoldaşı,
evdəki davalar…
Zibillikdə nəsə axtaranlar,
işsizlər, işdən çıxarılanlar…
Bir də abort edilmiş uşaqlar,
Bir də sonsuz adamlar,
Bir də, öldürülənlər,
Döyülənlər, döydürənlər,
döyənlər…
Dilənənlər, oğurlanmış uşaqlar,
Oğurlanmış fikirlər,
satılmış qadınlar,
daxili orqanlar…
Bir də, ağalıq edənlər,
Kölələr…
Ruhum üşüyər,
Az-az, öncə bir az az olar,
Sonra daha da az…
Sonra biganələşər…
Budur insanlar…
Ruhu üşüdükcə,
Qalın edər əynini, insanlar,
Üşüməsin deyə…
Üşüyən bədəni deyil ancaq,
Ruh necə desin axı:
Ey insan, üşüyən mənəm…
Комментарии