Uşaqlığımız, bir keçmişdi, bir də məktəb…
Oynamağı öyrəndik hər yaşımızda böyüyə-böyüyə…
Döyüldü uşaqlığımız böyüklərin sözünü dinləmədikcə… Sonra həyat döydü bizi uşaq bağçası, orta məktəb, universitetdə…
İşə düzəlib işlədik, uşaqlıq çıxmadı içimizdən… Böyümədi ruhumuz, ağlımız, ürəyimiz, vicdanımız.
Başladıq qisas almağa… Uşaq olarkən böyümək istədik, tələsdik böyüməyə, qisas almaq üçün, qəbul edilmək üçün…
Böyüməkdə böyüklüyümüzü gördük.
Uşaqlığımızda uşaq kitabları, oyuncaqları bəzisini atdıq, bəzisini saxladıq uşaqlarımıza.
Uşaqlıq dostlarımız, sevgimiz bəzən bizimlə böyüdü, getdi irəli, bəzən qaldı arxada.
Böyüdükcə uşaq olmaq istədik, yükümüz ağır, problemlərimiz çox olduqca. Nə uşaqlıq qayıtdı bizə, nə biz uşaqlığımıza.
Bir təsəllimiz var, övladlarımız. Böyütməyə tələsməyək onları. Qoy, uşaq olsunlar uşaq ikən, böyüməsinlər yaşlarından öncə, oynamasınlar böyüklərin oyunundan.
Bənzətməyək onları özümüzə.
Bir də soruşmayaq onlardan “kimi çox sevirsən, ananı, ya atanı?”
Ayrıldığımızda qoymayaq uşaqları seçim önündə, kimlə yaşayacaqsan deyə.

Комментарии