Virtual və real həyatda elə suallar verilir ki, elə insanlar olur ki, ürəyindən onun başına yekə bir kometa salmağı istəyirsən. Ya da ki, Kosmos babaya deyirsən Kvant nəzəriyyəsinə uyğun bir dilək tutub ismarıc verim ki, bu cür insanları sualları ilə birlikdə yer üzündən silsin, ya da azacıq ağıl versin.
Tək yaşayırsansa:
Tək yaşayırsan, ya kiminləsə?
Tək təkcə 1 rəqəmi deyil, yəni ailə tərkibi 3, 5, 7 və daha artıq tək rəqəmli sayda ola bilər. Bir də ki, kiminləsə yaşamağım, ya da tək olmağımın sual verən tərəfə nə dəxli var axı? Elə bil ki, üz vermədiyin adam üz vermədiyini görüb lap başına çıxıb öturur başında…
Tək yaşamaqdan qorxmursan ki?
Qorxmasam nə olacaq, qorxsam nə olacaq? Nəsə dəyişəcək həmin adam üçün, ya o sualı verən adam üçün? Tək yaşayan adam tək yaşamağın bütün tərəflərini gözə alıb yaşayır.
Bazlıq edirsən?
Lap edirəm, bunun ona nə dəxli var? Mən ondan soruşuram, həftədə neçə dəfə və kimləri yatağına salır, ya evə kimisə gətirir, ya yox?! İntim həyat intimdir, kiməsə də hesabat verilməsi qeyri-etikdir.
Şəkildəki sevgilindir?
Peşman olursan, əks cinsdən kiminləsə şəkil çəkdirməyə, dostun və ya tanışın olsa da, dərhal soruşacaqlar ki, sevgilindir, aranızda nəsə olub?
Boş vaxtlarında darıxmırsan?
O qədər məşğul və sosial insan ola bilər ki, boş vaxtı olmaya bilər. Olsa belə, ondan kiminsə iştirakı olmadan doldura bilər, məsələn, özünə vaxt ayıra bilər. Yəni darıxmağa vaxt olmur. Darıxan adam üçün tək və ya cüt olması, boş vaxtının olmamasının dəxli olmur, darıxan darıxır.
Həyatında kimsə var?
Həyatımda dostum, valideynlərim, qardaşım var, rəfiqələrim var. Həyatımda çox adam var. Həmin sualı verən insan bir az konkretləşdirə bilməzdirmi sualı?
Ümumi axmaq suallar:
Haralısan?
Haralı olduğumu biləndə nəsə dəyişir ki? Yerli çıxsaq, nə olacaq ki? Yerlilər arasında xüsusi imtiyazlar var?
Harada yaşayırsan?
Bəlkə evimin ünvanı və açarını verim?!
Bir şey-mişey varmı?
Ailə quran kimi gərək nəsə olsun? Hər kəs ailəni dərhal bir şey olması üçün qurur?!
Çaq-çuq olur?
Yəni işləyən insan halal və rəsmi əmək haqqından əlavə qeyri-qanuni gəlirləri də olmalıdır. Bu məbləğ əmək haqqı məbləğini ötərsə, insanı sosial statusu artır.
Harda işləyirsən?
Mənim harada və hansı vəzifədə işləməyimlə kimliyimin və insani keyfiyyətlərimin məntiqi əlaqəsi yoxdur! Məni mənə görə tanımaq lazımdır. İşimi bilməməklə, mənə az işi düşər insanların və məndən öz mənafe və məqsədləri üçün istifadə edərlər!
Səni yaxından tanıya bilərəm?
Nə qədər yaxından?!
Elə bil ki, ayrı ölkə və ya şəhərdə yaşayırıq və məsafə və ya zaman fərqi var, bizi uzaqlaşdırıb, lazım bilsəydim, yaxına buraxardım. Lazım bilmirəm!
Şəkildəki özünsən?
Yox, nənəmin cavanlıq şəklidir.
Rəfiqən var?
Hər bir qızın ən azı bir rəfiqəsi olması mümkündür. Rəfiqəmdən ona nə? Özüm iş yarıtmıram deyə, rəfiqəmi qurban kimi verməliyəm.
Arxanda kim dayanır, səni kim saxlayır?
Qadın tək, ayrılmış, işləyən qadındırsa, pul qazanırsa, bu mümkünsüzdür. Bu qadının ağlı yoxdur, nəsə gizlədir, hökmən kimsə onu saxlayır.
Qadınla kişinin dostluğuna inanırsan?
Əgər kişi həddini aşmayıb, “səviyyəsi”ni saxlasa, müsbətdir, çox gözəl dostam, amma nə badə məni düşmən edələr özlərinə, o halda, çox təhlükəliyəm.
İnansam, nə olacaq, inanmasam, nə olacaq? İnansam, deyəcək ki, mən inanmıram, səni dost bilmirəm. İnanmasam, deyəcəklər ki, skeptikəm.
Maaşın nə qədərdir?
Dədəsinə borclu çıxardır bəziləri. Elə bil, maaşı alırsan ki, onu yedirdəsən, ya da səndən borc istəsin. Gəlir və xərclərini biləndə, büdcəni quracaqlar. Xərclər gəlirləri ötürsə, deməli kimsə kənardan maliyyələşdirir.

Комментарии