Təbrik edirəm özümü,
xeyirli, uğurlu qərara gəldim,
mütləq öyrənməli olduğumu
öyrənə bildim,sınadım hələ…
“Yox” deyirəm, kəskin şəkildə,
bəzən soyuqqanlıqla, bəzən sərt
baxış və sözlər əlavə olunur üzərinə…
Baxmıram timsahın göz yaşlarına,
Baxmıram ki, yazıq hal alıb,
variantlar keçmir mənə,
faşist, nasist olmuşam sanki…
“Yox” deyirəm ardıcıl olaraq,
sanki pulemyotdan düşmənlərimə
atəş açıram, qırılsınlar,
səyləri qırılmırsa əgər…
“Yox” deyə bilmək asanmış məgər,
bəzən də işinə yarayır yola vermək,
“Bilmirəm”, “Baxarıq, söz vermirəm” demək…
Bir də bu sözlərdən sonra
çox sevirəm insanlara baxmağı,
necə qəbul edəcəklər rədd cavabımı,
yola verməyimi…
Hirslənəndə, qürurlar tapdalananda,
iç üzləri çıxır üzə,
maskalarını dartıb çıxarırlar qəzəbdən…
Bir də siz sınayın,
ardıcıl bir neçə nəfərə
“Yox” deməyi…
Bax, o zaman
tanıyacaqsınız kim kimdir,
niyə yanınızdadır…
xeyirli, uğurlu qərara gəldim,
mütləq öyrənməli olduğumu
öyrənə bildim,sınadım hələ…
“Yox” deyirəm, kəskin şəkildə,
bəzən soyuqqanlıqla, bəzən sərt
baxış və sözlər əlavə olunur üzərinə…
Baxmıram timsahın göz yaşlarına,
Baxmıram ki, yazıq hal alıb,
variantlar keçmir mənə,
faşist, nasist olmuşam sanki…
“Yox” deyirəm ardıcıl olaraq,
sanki pulemyotdan düşmənlərimə
atəş açıram, qırılsınlar,
səyləri qırılmırsa əgər…
“Yox” deyə bilmək asanmış məgər,
bəzən də işinə yarayır yola vermək,
“Bilmirəm”, “Baxarıq, söz vermirəm” demək…
Bir də bu sözlərdən sonra
çox sevirəm insanlara baxmağı,
necə qəbul edəcəklər rədd cavabımı,
yola verməyimi…
Hirslənəndə, qürurlar tapdalananda,
iç üzləri çıxır üzə,
maskalarını dartıb çıxarırlar qəzəbdən…
Bir də siz sınayın,
ardıcıl bir neçə nəfərə
“Yox” deməyi…
Bax, o zaman
tanıyacaqsınız kim kimdir,
niyə yanınızdadır…
Комментарии