And yerimiz

"Sən öl" və "Mən ölüm"ü and yeri olan cəmiyyətdə kiməsə yalanımızı sırımaq üçün öz canımızı, həyatımızı və qarşımızdakının canını və həyatını qumara qoyuruq. Sanki bir insana inam bitərsə, ölərsə, bu andlar nəyisə dəyişəcək?! Bir yandan da bu andlarda bir məsuliyyətsizlik və biganəlik görürəm. Mənə belə and verən və məni inandırmağa çalışanlara "Mən niyə ölürəm, özün öl" deyirəm. Gopçu, yalançı, ikiüzlü insanların and içməkləri əsl andları beləcə dəyərdən salır.
Məzxərə obyektim olub. Məndən bu və ya digər iş, layihə, xidmət və ya məhsula ad qoymaq təklifi kimsə istəyirsə, deyirəm ki "Milli mənəvi dəyərlər və mentalitetin çoxluğa təsir dairəsini nəzərə alıb adını ya "Alver" qoy, ya "Sən öl, mən ölüm", ya da ki, "Bərəkət haqqı". Yalançı olsan, ya alverin getməyəcək, ya öləcəksən, ya da bərəkət olmayacaq".

Комментарии