Minə-minə gedənlər

Bu gün səhər işə gedəndə 28 may metrostansiyasında belə elan eşitdim: "İçərişəhərə minənlərə yol verin..."
Əvvəl elan verilirdi ki: "Düşənlərə yol verin"...
Minməyi sevən həmyerlilərim minə-minə düşənlərə yol vermədən mindilər, düşənlərə mindilər, sonra da keçdilər stansiyalara, cansız obyektlərə minməyə, insanlar azlıq etdi.
Daha doğru cümlə bu olmalı idi: "İçərişəhər stansiyasına gedənlərə yol verin"
Minə-minə hara gedəcəklər, bilmirəm. Təklif edirəm ki, qatarın vaqonlarında iki qapını minənlər üçün, daha iki qapını düşənlər üçün etsinlər. Bir sərnişin minərkən düşmək üçün nəzərdə tutulan qapıya doğru hərəkət edəcək. Əsas odur ki, sərnişin biləcək ki, hansı qapıdan qatara daxil olsun, hansı qapıdan qatardan düşsün. Yoxsa elə elan verə-verə, sərnişinlərə mədəniyyət öyrətməyə çalışaraq qalacağıq ortalıqda...

Комментарии