Qadın-kişi hüquqlarının bərabərliyi

Qadın və kişi hüquqlarının bərabər olduğunu qəbul edirəm.
Ona görəQAdə:
1. Mənə kişi (oğlan) ictimai nəqliyyat vasitələrində yer verəndə oturmuram ki, onun da oturmaq hüququ var.
2. Növbə yaranarkən (məsələn maaş verilən gün bankomatın önündə) kişilər məni önə buraxmaq və öz növbələrini mənə vermək istəyəndə, etiraz edirəm ki, onlar da mənim kimi insandır.
3. İctimai məkanda oturanda kişi yerimə ödəməsin deyə, ya o gələnə qədər yediyimin, içdiyimin hesabını verirəm, ya alman hesabı edirəm, ya da növbə ilə ödəyirik, bir dəfə o, bir dəfə mən.
4. Ağır yüküm olanda kişiyə vermirəm ki, bu onun üçün də ağır ola bilər. Öz yükümü ona niyə yükləyim ki?
5. İstənilən növ aqressiyaya qarşı olsam da, qadını döyən kişini qınayır, döyür, söyürəm, ya da kişini döyən qadına qarşı biganə olmuram.
6. 8 martın ləğv edilməsini istəyirəm. Ya da kişilər günü olmasını təklif edirəm.
7. Bütün bayramlarda və ya əlamətdar günlərdə ancaq kişilərin qadınlara hədiyyə etməsinin əleyhinəyəm. Kişi də insandır və hədiyyə almağı sevir.
8. Kişi də qadın kimi ev işləri görməli, uşağa baxmalıdır, çünki o da insan və ailənin üzvüdür.
9. Kişilər qadınları saxlamamalıdır. Qadın əmək qabiliyyətinə malikdirsə, zəhmət çəksin, işləsin və öz xərclərini ödəsin.
10. Kişi də atadır, ata kimi hüquqları var.
11. Qadın rəfiqələri, ailə üzvləri ilə görüşə bilirsə, kişinin də dost və ailə üzvləri ilə görüşməyə haqqı var.
12. Ailə xərclərinə birgə nəzarət edilməlidir. Qadın da xərclərini idarə etməlidir.
13. Nə kişilər qadınlara, nə qadınlar kişilərə qonaqlıq verməyə borcludur.
14. Bazarlıq və supermarket üçün alış-verişi ailə üzvlərinin həm qadını, həm kişisi etməlidir, alınan məhsullar üzər yük və ödəniş yarıya bölünməlidir.
Ardı var.

Yazımı səmimi qəbul edin və daşlamayın. İronik yazmamışam. Statusuma gülənlərdən inciyəcəyəm.

Комментарии