Şükür edirəm ki, ərdə deyiləm.
İndiki qadınların deqradasiya prosesinin qurbanı olduğunu və kişilərin belə qadınlar ilə xoşbəxt olduğunu bilirəm.
Kişiylə gərək hər gün evdə xarab olan nəyisə təmir etdirmək, dəyişmək, yenisini almaq uğrunda "kim səsini çox qaldırsa, onun sözü keçəcək:" yarışması keçməsə milli ailə olmur. Özü bu vaxta qədər gedib yenisini alıb təmir edərdi.
Kişiyə qadın görüb bəyəndiyi nəyisə aldırmaq üçün 4 saatlıq şopping edib kişini yormalıdır, almazsa, imciməli, ata evinə gedib ərinin dalınca gəlməsini gözləməlidir, ata evinə getməzsə, mısmırığını sallayıb evə qaramatını tökməlidir.
Həftəiçi ərzində əriylə dalaşıb küssə, hirslənsə, üzüyü təpəsinə çırpılmalı, unudulan və bağışlanılan sayılmış hər şey xatırladılmalı və üzə vurulmalıdır. Bu dava həftəsonuna düşərsə, "birinci gün gəlsin, səninlə boşanmaq üçün ərizəmi, sənədlərimi məhkəməyə verəcəyəm" cümləsi ilə hədələməlidir.
Tənbəlliyin pik həddində özünü xəstəliyə vurmalı və gün boyu yatmalıdır.
Ər ailəni saxlamaq üçündür deyə, özünə iş axtarıb işləməməlidir.
Ər qazandığını qəpiyinə qədər evə (yəni məhz arvadına) verməlidir.
Evə gec gələrsə, ərinin beynini xarab etməli, beyin xərçəngi riskini artıracaq suallar verməlidir.
Hökmən qısqanmalıdır, özündən savayı bütün digər qadınları pisləməlidir.
Mən bu cür qadın deyiləm deyə, kişini xoşbəxt edə bilmərəm. Nə qədər dinsiz, imansız olsam da, kişilərə rəhmim gəlir...
Ardı var...

Комментарии