Üzr istəmək...

Soyuq qış havasında instrumental və klassik musiqi dinləyərək piyada gəzinməyin öz gözəlliyi var, həm hüzur verir, həm rahatlıq. İstirahətdir, beyin dincəlir. Amma həm də piyada gəzdiyin yerləri müşahidə edir, dəyişikləri görürsən. Bəzən onu da görürsən ki, piyada gəzinti üçün bu gəzintilər tikili və təmirlərin, hasara alınmış sahələrdən gələn toz-torpaq, təhlükə də var. Allergiyası olan gəzinti zamanı hava udmaq, yenilənmək istəyir, amma əvəzində tikinti materiallarının, tozun hissələrini ağciyərinə çəkir.
Bir də ki, hasara alınmış sahədə divara vurulan "Müvəqqəti narahatçılığa görə üzr istəyirik" cümləsi. Müvəqqəti sözü qısa müddəti əhatə edir, qeyri-müəyyən, orta və uzun müddəti deyil. Yəni ki, qısa müddət 1 ilə qədər ola bilər. Bu narahatçılıq bir ildən çox çəkdiriləcəksə, həmin cümlədə "müvəqqəti" sözünün olması doğru deyil. Səhv məlumat verməkdir. Bir də ki, şəhərdə küləyi nəzərə alsaq, həmin hasara alınmış ərazidən piyada vətəndaş və onun əmlakına ziyan vuracaq nəyinsə düşməsi ehtimalı heç də aşağı deyildir. Bu isə narahatçılıq deyil, artıq birbaşa mülki şəxsə qarşı törədilən cinayətdir. Düzdür bunu fors-major hadisə halı saymaq olar, bir şərtlə ki, bütün təhlükəsizlik qaydalarının tələblərinə əməl edilməsi nəzərə alınsın.

Burada isə üzr istəməklə iş bitmir. Yəni, xahiş və tələb edirəm, müvəqqəti olmayan bir prosesi müvəqqəti hesab etməsinlər, narahatçılığın ciddiliyinə və təhlükəsinə varsınlar, bir ziyan vurulacaq təqdirdə üzr istəməklə işin bitməyəcəyini anlasınlar.

Комментарии