Zamanın traktatı


Zaman izlərimizi, sonra adımızı silir insanların yaddaşından... Baxışlarımız, gülüşlərimiz, səslərimiz silinir zamanın axarında. Bəlkə tanıdılar deyə, ümid edərik, tanımazlar... Bağlayaraq səbəbini yorğunluğa, qocalığın əlamətlərinə, xəstəliyə, aldadaraq özümüzü, ola bilməz, unuda bilməzlər, unudulmaz idik onlara, bir vaxt doğma olanlara...
Zaman vurulan zərbələrin yaralarına məlhəm olar, elə unutdurar ki, kimisində sevgini məhv edər, kimisində nifrəti, biganəliyə sürüyər, unudanları...
Zaman onu aldatmağa çalışanları elə yanıldar ki, ruhları inciməz... Onlar özlərini qalib bilərlər zamanın üzərində... Zaman qalib gələr, ötüb keçdikcə, dönmədikcə, itirildikcə dönməsini istədiklərimiz...
Zamana bağlanar, zamandan asılı olar keçmişimiz, indimiz, gələcəyimiz, özümüz belə...

Zaman bizdən güclüdür, dərk etməsək də...

Комментарии