Dilənçi/qaraçılar işləmək yerinə dilənməyi özünə yaraşdırır, onlara pul verməyənləri acılayır, qarğışlayırlar.
Bakıkartı almağı, onlayn qaydada, ya da metrodakı ödəniş aparatlarında kart hesabını doldurmamağı özlərinə yaraşdırırlar, amma kimsə onları kartı hesabına keçirtməyəndə onu söyüb qarğışlayırlar. Yetimçələr, bir də görürsən, bir neçə nəfər, bir sülalə avtobusa soxulur, heç birinin də ödəniş kartı yoxdur. İki dəfə kart itirmişəm, iki dəfə də kartım zədələnib, gedib ya yenisi ilə əvəz etdirmişəm, ya da ki, yenisini almışam, içinə də pul vurmuşam.
Bu nə düşüncə tərzidir, evdən o fikirlə çıxırlar ki, özlərinə borclu birini tapacaqlar. Yeni variant tapıblar, "xırdam yoxdur eee" 1,5, 10, 20 manat çıxarırlar ki, xırdala. Üstündə o pul varsa, get məhdud istifadə kartını al. Balansım olmayanda, internetim kəsiləndə, təyinat məntəqəsinə piyada gedirəm, ödəniş terminalı tapana qədər piyada gəzirəm. Bunu gediş üçün kart istəyənlərə deyəndə, özlərini əziyyətə vermədiklərini arsızca deyirlər. Bir də qeydiyyatdan keçmək, bir də kart almaq, onun balansını artırmaq, metroya düşmək var eee... Hazır loxlar var da, niyə özümə əziyyət verim ki?!
Комментарии