Arzularınızı məqsəd və hədəflərinizə çevirin

 Arzularımızın gerçəkləşməsi  bəzən bizdən asılı olmur. Onların gerçəkləşməsi üçün vasitəçilərə ehtiyac yaranır. Bu vasitəçilər uşaqlar üçün valideyn, inandığı Şaxta baba, uşaq evlərində böyüyənlər üçün isə xeyriyyəçilər olur. İnsanların arzularının gerçəkləşməsinə yardım edən şəxslərin böyük ürək sahibi olması danılmaz faktdır.


Ehtimal var ki, arzularımızın hansısa gerçək olmasın. Hansısa nəzərə alınsın, gələcəkdə gerçəkləşsin. Bu o demək deyil ki, biz o arzulardan vaz keçməliyik, inamımızı itirməliyik.


Arzularımız məqsəd və hədəflərə çevrilməlidir. Arzu bizi irəli, zirvəyə aparır, çünki o irəlidə və zirvədədir.


Arzular da hədəf və məqsədlərimiz, xoşbəxtliyimiz kimi ambisiyalıdır, sevdiyi insan tipi vardır. Güclü, inadkar, əzmkar, əməksevər, çalışqan, ağıllı, savadlı və rasional insanların həyatına daxil olur, onların sayəsində gerçəkləşir, maddiləşir.


Sağlamlıqla yanaşı pul, maddi təminat, rahat şəraitdə yaşamaq, mütaliə, sağlam qida da insan üçün önəmlidir. Bunlar balansı qoruyur ki, insan nail olsun.

Комментарии