Varlı, uğurlu, vəzifəli şəxs olmağı hədəfə almısınızsa, o zaman hədəfə çatmamışdan öncə etməli olduğunuz işlər var:
Əlaqə vasitələrinizi yeniləyin, onu çox yaxın adamlara verin;
Minimum adamla görüşün, səmimi olun, digərlərini məsafədə saxlayın;
Neqativ enerji ötürən, sizdən istifadə edən, söz aparıb gətirən və intriqanı sevən adamları silin;
Şəxsi plan və həyatınızı qapalı saxlayın;
Yerini bilməyən, sərhəddinizi keçməyə çalışan insanlara qarşı dözümlü olmayın;
Üzünüzdəki təbəssümü hər adama göstərməyin;
Kənar şəxslərlə lakonik və məhdud ünsiyyətdə olun;
Vaxtınızı özünüzə və hədəflərinizə ayırın;
Güvəndiyiniz insanlardan komanda yaradın;
Məsafə saxladığınız insanlarla məsafəni hər gün bir az da artırın;
Hər kəsə güvənməyin;
Söz-söhbətə, davalara baş qoşmayın;
Özünüzə, vaxtınıza yüksək dəyər verin;
Ətrafınızda sağlam düşüncəli və öz sahəsinin peşəkarlarını saxlayın;
Fərdi inkişafla məşğul olun.
Комментарии