Oğlunuz varsa, bunu etməyin, analar

Əziz analar, oğlunuz varsa, onu tək böyütsəniz də, bunları etməyin:


3 yaşdan sonra onu boynunuza mindirməyin. Həm sizin onurğanızda problem yaranır, həm də uşaq bunu təbii qəbul edir, daha sonra xanımların boynuna, başına minməyi, oradan əmr, göstəriş verməyi doğru sayır;

3 yaşdan sonra onu qucaqlayın, amma qucağınıza almayın. Sonra digər qadınların qucağından düşməyəcək, qucaqda gəzməyə vərdiş edəcək;

Ona şiddət tətbiq etməyin. Şiddəti adi hal sayıb digər qadınlara şiddət tətbiq etməyi öz təbii haqqı hesab edəcək;

3 yaşdan sonra yıxıldığı zaman qaldırmayın, özü yıxıldığı kimi qalxmağı və yeriməyə/qaçmağa davam etməyi öyrənməzsə, insanları özünə borclu hesab edəcək, hər zaman kimdənsə nəsə umacaq, kömək gözləyəcək.

Özü əlinizdən tutmazsa, zorla əlindən tutmayın, sərbəst hərəkət etsin, öyrənsin, oynasın. Beləliklə özgüvəni olacaq, kiməsə qəmiş olmağa ehtiyac duymayacaq.

Önünüzdə getsin, yanınızda getsin, fərq etməz, sıxmayın, yanınızda rahat, azad olduğunu anlasın. Eyni zamanda, saxladığınız məsafənin və etdiyiniz nəzarətin ona olan sevginizdən irəli gəldiyini anlayacaq.

Ardı var.

Комментарии