Övladlarınızı şiddət deyil, sevgi, diqqət, empati içində böyüdün.
Mobbinq, bulling, şiddət göstərən şəxs aqressordur.
Mobbing, bullingə, şiddətə məruz qalan isə qurbandır. Bir gün bu qurban qatilə çevrilir, ya özünün qatilinə, ya da aqressorun…
Məktəblərdə olan psixoloqlar, müəllimlər hər gün bu şiddəti görür, susur, çünki gördükləri tərbiyə, həyat odur, adi haldır. Cinayət törədiləndə də hamı susur, aqressoru müdafiə edir, çünki hamısı potensial aqressordur.
Cəmiyyətimizdə, mühafizəkar cəmiyyətlərdə toksik, psixopat, sosiopat aqressorlar çoxluqda olur.
Aqressiyanı görən, bilən, susan da cinayət iştirakçısıdır, cəzasını almalıdır.
Комментарии