Valideyn olmamışdan öncə düşünün

 Valideyn olmamışdan öncə düşünün, buna hər mənada hazırsınızmı?


Uşağa yetərincə vaxt, sevgi, diqqət ayıracaqsınızmı?


Övladınızın dostu ola biləcəksinizmi?


Övladınızı qoruya biləcəksinizmi?


Övladınızın geyimi, yeməyi, istirahəti, əyləncəsi, oyuncağı və fərdi inkişafı üçün yetərincə pul qazanırsınızmı?


Səbrli olmağı, dinləməyi, empati qurmağı, özünüzü övladınızın yerinə qoymağı bacaracaqsınızmı?


Emosional intellektinizdən savayı rasional, məntiqi düşüncənizi hər zaman aktiv saxlamağa, öz üzərinizdə işləməyə, inkişaf etməyə, özünüzü tərbiyə etməyə hazırsınızmı?


Cavabınız, müsbətdirsə, təsdiqedicidirsə, buyurun, əks halda, övlad dünyaya gətirməklə onu bədbəxt, travmalı psixopat, sosiopat etməklə cəmiyyəti zəhərləməyin.


Cəmiyyətimiz üçün hər mənada sağlam fərdlər lazımdır. Sağlam gələcək sağlam fərdlərlə başlayır.

Комментарии