Evdən işləməyin müsbət tərəfi olduğu kimi mənfi cəhətləri də vardır. Bu məqaləmdə onlardan bəhs etmişəm.
- İnsan asosiallaşır. Daha az evdən çıxır, gəzir, insanlarla ünsiyyətdə olur;
- Daha çox beyni yoran kompüter və ya noutbuk önündə vaxt keçirir, beynini yorur;
- İnsan daha çox yatmaq istəyir, özünü daha yorğun hiss edir;
- Disiplin və rejimlər pozulmuş olur;
- Daha əsəbi olur;
- Passivləşir;
- Ya həssaslaşır, ya da vecsiz olur;
- Özünə və sağlamlığına az vaxt ayırır, ya çox və rejimsiz yeyir, ya az yeyir və özünü ac qoyur;
- Asosial olduğu üçün cəmiyyətdən uzaqlaşır, adamların və səs-küyün çox olduğu yerlərə getmək istəmir;
- Özünə qapanır;
- Boş qalan vaxtını necə doldrumağı fikirləşərək vaxtını səmərəsiz keçirir; - Sosial mədəni istirahət evdə noutbukdan izlədiyi film, musiqi, tamaşa, rəsm qalereyası, elmi və sənədli verilişləri olur.
Davamı var.
Комментарии