Qarabağıma məktub yazıram. Utanaraq, ağlayaraq…
Üzüm gəlmir yazmağa, amma yazmalıyam… Öz adımdan, bir vətəndaş olaraq, bir Qarabağlı olaraq:
“Qarabağım, bilirsən, uşaq vaxtından ailəmizdə tərbiyəni anam verirdi, atam işləyirdi, onu gec-gec görürdük, dövlət qulluğunda idi…
Həmişə səni düşünürdüm, hələ uşaq yaşlarımdan… Bilmirdim o zamanlar, ana nənəmin Şuşadan olduğunu, bilmirdim ki, Qarabağ xanı İbrahimxəlil xanın nəslindənəm. Qan çəkirdi məni Qarabağa…
Uşaq yaşlarımdan anam bizi mühafizəkar, ailə və milli dəyərlərə uyğun, vətənə sevgi və insanlara hörmət hissi ilə böyüdür, tərbiyə edirdi. Qarabağ münaqişəsi başlayanda 5 yaşım vardı. Qarabağımda olmamışdım. Çox balaca idim. İlin ən azı 4 ayını nənəmgildə rayonda keçirərdik. Gürcüstanın Marneuli rayonunda yaşayan Qarabağlı Münəvvər nənəm. Soyadı da belə idi. Münəvvər Qarabaği. Nənəmin tərbiyəsi, əziyyəti üzərimizdə danılmaz idi. Anamı isə Nənəmin qaynanası (Anamın ata nənəsi-Qazaxlı) tərbiyə edərdi. Nənəmə xaraktercə və zahirən çox oxşayırdım. Ana tərəfdən mən və qardaşım ilk nəvə olduğumuzdan çox sevilirdik. Düz 1990-cı ilədək hər yay orada idik. Maydan Sentyabradək. O günləri, ayları səbirsizliklə gözləyirdik. Çünki çox sevirdik. Nənəm çox ağıllı, müdrik, mehriban, savadlı, fəal və əməksevər, işgüzar qadın idi. Bəlkə də ona və atama baxıb iqtisadçı oldum, rəqəmləri sevdim, riyazi və məntiqi təfəkkürümü inkişaf etdirməyə başladım. Nənəm bizi çox sevərdi. Rəhmətə gedənədək. 1990-cı ildən nənəm üzümüzə həsrət qaldı. Bircə 2006-cı ildə Gürcüstana gedəndə gördüm nənəmi. Onda bildim ki, Qarabağlı imiş. Qarabağ tərbiyəsini, danışıq və dialektini ötürürmüş bizə. Bir də Qarabağ sevgisini…
Uşaq vaxtı nənəmlə tək qalanda, bizimkilər qardaşımla Tiflisə gedəndə, nənəmlə danışmağı sevərdim, mən sual verərdim, o cavab verərdi. Nənəmin uşaqlıq illərindən, valideynlərindən tutmuş, ata obasınadək. O zaman uşaq idim, 5 yaşım, 7 yaşım var idi. Bilmirdim ki, söhbət Qarabağdan gedir. Nənəmin danışdıqlarının sayəsində sevməyə başladım oraları. Görmək istədim. Amma sonra münaqişə, daha sonra müharibə başladı. Arzum ürəyimdə qaldı. Mədəniyyət, elm, məntiq beşiyi olan Şuşama həsrət qaldım. Nənəm son görüşümüzdə dedi: Qızım, fəxr et ki, sən Qarabağlısan. Dediklərimi unutma. Qarabağa get. Sanki vəsiyyət etmişdi mənə. Sonra nə nənəm məni gördü, nə mən nənəmi.
Qarabağım, düz 10 il keçdi nənəmin vəsiyyətinin üstündən… Getdim Qarabağa, bir günlük olsa da… Amma Şuşamı görə bilmədim. İstəsəm də…
Qarabağım, uşaq ikən atam dövlət işində işləsə də, könüllülərin siyahısına yazılıb, Qarabağda döyüşə gedirdi. Ziyalı olsa da, ali təhsilli olsa da, dövlət işində işləsə də, bir Qarabağ, vətən, torpaq sevgisi var idi ailəmizdə. Onu saxlayan anamın bir kəliməsi oldu: Sən gedirsən, bəs bizi düşünmürsən? Məni, iki övladını? Getməyinlə övladını yetim qoyacağını?
Atam çox kövrək idi. Bizim xətrimizə qaldı. O zamanlar səndən və qarabağlılardan çox incimişdim. İçimdə bir böyük, sərhədsiz sevgi olsa da… İnciklik vardı. Müharibə getdikcə, atamı əlimdən aldığını və müharibədə öləcəyini və çox sevdiyim atamı bir daha görməyəcəyimi düşünərək, gecələri yatmırdım, yata bilmirdim. Anam səbəbini bilmirdi, danlayırdı. Gecə tez-tez oyanıb atamın yatıb yatmadığına baxırdım, birdən gecə gedər, xəbərimiz olmaz deyə… Çox qorxurdum, qorxurdum ki, vətənim atamı həyatımdan alıb aparar, atasız qoyar.
Bilirsən, ikinci küsgünlüyüm nə zaman oldu?Dövlətin halal ev növbəsində idik. Bir, iki ilə ev alacaqdıq, neçə illər idi gözləyirdik, atam imtina etdi, verdiyi Qarabağdan gələnlərə. Dedi, onlar evlərini itirib, onlar üçün vuruşa bilmədim, barı evsiz qalmasınlar, bir yaxşılığım dəysin onlara. Evsiz qaldığımız üçün incimişdim. Səndən, qarabağlılardan bərk incimişdim, onları bu hala salan ermənilərə isə nifrət edirdim.
Bir yandan isə radio və televizordan xəbərləri dinləyirdim. Belə xəbərlərə baxmağa anam icazə vermirdi, çünki uşaq idik. Mən dinləyərək, xəritəmizi qoyurdum önümə, qələmlə işarələyirdim məkanların adını… Haraya irəliləmişik, haranı itirmişik. Ağlayırdım itirdikcə, sevinirdim qazandıqca…
Bilmirdim Qarabağlı olduğumu. Qəlbimdə, qanımda, ağlımda idin sən…
Atam ali təhsil alarkən və işləyərkən təcrübəyə və ezamiyyətə yollanırdı. Şəkilləri var idi, göstərirdi. Utanıram indiyədək soruşmağa Qarabağda olmusan?!
Nə dəyişəcək ki, bilməyimlə… O da xatirələri ilə bölüşəcək olduğu halda… Olmazsa, dərin köks ötürəcək.
İndi necə dərin yaram var, sağalmır, qanayır hələ də… 10 ildir bilirəm, 10 ildir Qarabağ sevgisinin səbəbini bildim. İncimirəm daha…
Səni ancaq sənədli filmlərdən, şəkillərdən görürəm… Gördükcə, kövrəlirəm…
Kövrəlirəm, həsrətimə görə…
Kövrəlirəm, Qarabağlı olub, Qarabağda ola bilmədiyimə görə…
Kövrəlirəm, sadəcə söz və bədii təsvir şəklində səni tanıyıram deyə…
İndi Qarabağ FK-nın azarkeşiyəm. Düz 2002-ci ildən azarkeşi və vurğunuyam Qarabağımın. O zaman adı Qarabağ Azərsun idi. Sonra dəyişdi. Bacardığım qədər oyunlara gedirdim.
Xanımlardan ibarət azarkeş klubundayam iki ilə yaxındır. Peşiman deyiləm. Stadionda canlı olaraq oyunu izləməklə sanki müharibə meydanındayam. Sanki döyüş əzmindəyik, Qarabağımızın adını yaşadan komandanın qələbəsi qələbəmiz, məğlubiyyətimiz itki, kədərdir. Heç-heçə isə ümid verir. Qayıdar deyə. Ona görə qalib gəlməliyik hər oyunda sənin xətrinə… Qarabağ, sənin xətrinə… Sənin yolunda…”

Комментарии