Nə durmusan kənarda, baxırsan mənə məzlum baxışla, yaxın gəl, gəl yanıma, verim sənə bir günlük, sən də çək, çəkdiyimi, yükümü, həsrətimi, kədərimi, həyatımın rəsmini, bir də məni…
Mənsə, baxım kənardan sənə, gəl, dəyişək yerlərimizi, rolumuzu…
Bir günlük sən mən ol, mənsə sən…
Kənardan baxmaq asandır əlbət…
Bacarsan, çək bu vaxtadək çəkdiyimi, cəmi bir gün.
Çox demirəm, bircə gün…
Dözə bilsən…
Nə susursan, dinmirsən, dindirmirsən?
Bəlkə təkəm, adam axtarıram dinləsin məni…
Ya da, sussun.
Ya da o danışsın, mən dinləyim, dincəlim.
Ruhum çıxsın bədənimdən, bir az dincəlsin.
Ruhumu da çox yormuşam, bilirsənmi?

Комментарии