Həyatın 200 dərsi (Robin Şarma)

  1. kdr_3852
    Mütaliə etməyi və bəyəndiyim kitabları digərləri də oxusun deyə, tövsiyə etməyi, paylaşmağı sevirəm.
    Oxunulan kitab beynin qidasıdır. Əgər hər hansı bir kitab, qida sağlamdırsa, niyə digərləri bunun haqqında bilməsin?
    Son oxuduğum kitab Robin Şarmanın "Həyatın 200 dərsi" kitabıdır.
    Bu dərslər praktiki dərslərdir və reallaşdırmaq, əməl etmək çətin deyildir.
    1. Az yatın. 6 saatlıq yuxu Sizə bəs edəcək. Əsas yuxunun keyfiyyətidir. Bunun üçün isə rejimə uyğun yuxuya getmək və oyanmaq lazımdır.
    2. Hər səhər 1 saat özünü inkişaf etdirməyə ayırın. Meditasiya edin, mütaliə edin, musiqi dinləyin. Həftədə bir dəfə günəşin çıxmağını və batmağını seyr edin, təbiətə, gəzməyə çıxın.
    3. Xırda şeylərin sizin diqqətinizi vacib şeylərdən yayındırmasına icazə verməyin. Vaxtı idarə etmək həyatı idarə etmək deməkdir.
    4. Rezin lent metodundan istifadə edin ki, ağlınızı həyatınızın ən müsbət elementlərində diqqətini cəlb edə biləsiniz. Rezin lenti biləyinizə taxın və hər dəfə neqativ fikriniz olan kimi rezin lenti dartıb buraxın, beləliklə, beyniniz neqativ fikirləri ağrı ilə assosiasiya edəcək, güclü müsbət düşüncə tərzi formalaşacaq.
    5. Hər zaman telefon zənglərinə səsinizdə entuziazm ilə cavab verin və zəng edən şəxsə hörmət edin. Yaxşı telefon danışıq adətləri çox vacibdir.
    6. Gün ərzində hər kəsə maraqlı və əla ideya və ilham pəriləri gəlir. Bu ideyaları yazmaq üçün özünüzlə kiçik bloknot və qələm götürün. Evə gəldikdə, qeydləri göz önünə qoyun, vaxtaşırı onlara baxın.
    7. Bazar günü axşamı özünüz üçün ayırın, bunu vərdişə çevirin. Gələn həftə üçün planlarınızı, görüşlərinizi müəyyən edin, kitab oxuyun, musiqi dinləyin.
    8. Əsas prinsipi unutmayın, həyatınızın keyfiyyəti-sizin ünsiyyətiniz keyfiyyətidir. Başqaları, eləcə də özünüzlə ünsiyyətiniz bura daxildir. Siz nədə diqqətinizi cəmləşdirmiş, nəyi düşünürsünüzsə, o da gerçəkləşəcək. Müsbət düşünün.
    9. Diqqətinizi məqsədinizdə cəmləyin, nəticədə yox. Nəyisə kiməsə sevərək, müsbət niyyətlə edin, pul və şöhrət özü gələcək.
    10. Hər səhər ayna önündə 5 dəqiqə gülün. Gülüş terapiyası bir çox xəstəliklərin müalicəsidir.
    11. Axşamlar mütaliə edərkən şam yandırın, həyatınızı gözəl kitab, musiqi, dostlarla əhatə edin.
    12. Gəzərkən addımlarımızı sayın, bu diqqətinizi artıracaq.
    13. Effektiv meditasiya öyrənin.
    14. Sakit olmağı öyrənin. Gündə bir dəfə 10 dəqiqə sakit oturmağı və sakitlikdən həzz almağı öyrənin, bunu vərdişə çevirin.
    15. İradənizin gücünü artırın. Siz ağlınızı idarə etməlisiniz, ağlınız sizi yox. Səbrli və diqqətli ağlın sahibi olun. Az danışın, 60% dinləyin, 40% danışın. Şikayət etməyin, özünüzü şən, enerjili, güclü şəxsiyyətə çevirin.
    16. Gün ərzində yumorunuzu qoruyub  saxlamağa çalışın.
    17. Vaxtınızı idarə etməyi öyrənin. Vaxtınızı ciddi şəkildə bölüşdürün.
    18. Ancaq pozitiv, dəqiq, diqqətcil müsbət insanlar əlaqə saxlayın.
    19. Həyatınızda nə və kimlər var, onun siyahısını tərtib edin. Siyahını da bəndlərin sayı 50 olmalıdır.
    20. Həyatda yaşama missiya, məqsədiniz olmalıdır. Həyatınızı idarə edəcək 5-10 prinsipi qeyd edin.
    21. Heç kim sizin razılıq və icazəniz olmadan sizi təhqir edə və xətrinizə dəyə bilməz. İnterpretasiya ustası olun.
    22. Sürətlə oxumağı öyrənin. Mütaliə - mütaliə etdiyin bir neçəı saat ərzində uzun illərin təcrübəsini yığmaq üçün ən yaxşı üsuldur. Müxtəlif şəxslərin tərcümeyi halları həyat fəlsəfəsi və strategiyanı əhatə edir.
    23. İnsanların adlarını yadınızda saxlayın, onlara adları ilə müraciət edib, hər birisinə qarşı yaxşı davranın. Hər kəs özünü önəmli və dəyərli hiss etmək istəyir.
    24.  Söhbət mehribançılıqdan gedəndə, gül kimi zərif olun, prinsiplərdən gedəndə, ildırım kimi sərt olun. Sizinlə kiminsə manipulyasiya etməsinə yol verməyin. Çalışın sizə hər zaman hörmətlə yanaşsınlar.
    25. Ailə üzvünüz olmayan şəxslərlə şəxsi problem, maliyyə işləriniz, səhhətinizi müzakirə etməyin.
    26. Əliaçıq, təvazökar. inadkar, düzgün olun.
    27. Uzun iş gününün sonunda isti vanna qəbul edin. Ağıl, ruh, bədəninizin bərpa edilməsinə vaxt ayırın. Ən kiçik uğurlarınıza görə özünüzü mükafatlandırın.
    28. Nəfəsinizi idarə etməyi öyrənin. Bu sizin enerji mənbəyinizlə birbaşa əlaqəlidir.
    29. Özünüzə təlqin etməyi öyrənin.  Bu aktiv fəaliyyətin ən vacib alətidir.
    30. Gündəlik tutun, öz fikrinizi ifadə etməyi və həyat yolunuzdakı hərəkəti izləməyi öyrənin. Nəinki uğurlarınızı, həm də problemlərinizi qeyd edin.
    31. Baş verən hadisələrə sizin cavabınız-stressdir.Eyni hadisələr müxtəlif adamlarda müxtəlif münasibətlər yaradır.
    32. Stiven Kovinin "Effektiv insanların 7 vərdişi" kitabını oxuyun.
    33. Tez-tez audio kasetlərlə işləyin. Özünü təkmilləşdirmə üzrə bir çox proqram və kitablar audiformatdadı.
    34. İki həftədən bir bir dəfə oruc tutun. Bu günlərdə meyvə şirələri için və təravətli meyvələrdən, tərəvəzlərdən yeyin. Siz yüngüllük və enerji axınını hiss edəcəksiniz.
    35. İşdə gün ərzində sakit və rahatlayıcı musiqi dinləyin. İşdə ətirli vasitələrdən istifadə edin.
    36. Ceyms Allenin "İnsan necə düşünür?" kitabını oxuyun. Hər dfəə təkrar oxuyun.
    37. Ağlınızın rahatlığını və sakitliyini təmin etmək istəyirsinizsə, bağışlamağı bacarın.
    38. Stəkanınızı tam boşaldın. Dolu stəkana heç nə doldurmaq olmur, aşıb daşır, insan da dolu stəkan kimidir. Baş verən hər şeyə bilik və təcrübə kimi yanaşmaq şəxsiyyətin formalaşması əlamətidir.
    39. "İki dəqiqəlik ağıl" diqqəti formalaşdırmaq üçün ən gözəl məşq vasitəsidir. Saatın ikinci əqrəbinə 2 dəqiqə baxın, heç nə düşünməyin.
    40. Çıxış etməmişdən öncə bir stəkan isti su için.
    41. Kimisə ayaq üstündə qarşılayırsınızsa, düz və möhkəm dayanın.
    42. Sərt davranın-sərt olun. Mərd olun, öz davranış və hərəkətlərinizlə digər insanları də həvəsləndirin. Ancaq hər zaman diqqətli olun.
    43.  Soruşmayın, dünya sizə nə edə bilər, soruşun ki, siz dünya üçün nə edə bilərsiniz.
    44. Həftədə bir dəfə erkən-gün çıxan vaxt oyanın. Gəzməyə çıxın, ya da sakit musiqi dinləyin, qaynar duş qəbul edin, 100 dəfə jim edin. Klassik kitab oxuyun. özünüzü canlı və enerjiylə dolu hiss edəcəksiniz.
    45. Hər zaman səbrli olsun. Özünüzü idarə edin. Hər kəsin sizin haqqınızda hər şey bilməyinə icazə verməyin, sirli olun.
    46. İctimai nitq və çıxışlar üzrə incəsənətinə yiyələnin. Mükəmməl natiq olun.
    47. Uzunmüddətli uğur və xarakterin tərbiyə edilməsi problemləri ilə məşğul olan motivasiya edilmiş spikerləri, natiqləri axtarıb tapın.
    48. Denis Vulinin "Xoşbəxtliyi kəşf etmək" kitabını oxuyun.
    49. Daha öncə açmadığınız kitabdan bir abzası oxuyun ki, diqqətinizi yaxşılaşdıra biləsiniz. Daha sonra sözləri sözbəsöz təkrarlamağa cəhd edin. 5 dəqiqə bunu məşq edin.
    50. Öncə 5 km-lik, daha sonra 10 km-lik məsafədə yürüşlərə çıxın.
    51. Relkasasiya üçün ən yaxşı vasitə-ətirdir. Qərənfil, portağal, alma ətirli efir yağları alın. Qaynanmış suya bir neçə damcı əlavə edin.
    52. Axşam yeməyini yedikdən sonra gəzinin. Gəzintidən həzz alın.
    53. İdman zalında ağır nələrisə qaldırmağa başlayın. Bədəncə sağlam və güclü adamlar ruhən də sağlam və güclü olurlar.
    54. İşlədiyiniz şəxslə mübahisə etməyin, dalaşmayın. Siz daha çox itərəcəksiniz.
    55. İşgüzar geyimə gəlincə, tünd kostyumlar (tünd-göy, qara) güc, hökmranlıq, özünəəminliyi özündən ifadə edir.
    56. Müştəri, tərəfdaş, dostlarınıza qeydlər, ismarıclar yazın. Məsələn, bayram zamanı açıqcada ürək sözləri və təbrik ismarıcınızı əllə yazın, əlyazma yazı daha xoş xatirə buraxır.
    57. Hər bir işi görərkən, tarazılığı saxlayın, hamısı eyni çəkidə olsun.
    58. Yasəmən çayı için, bu sağlamlığınıza xeyirdir. İçinə darçın da ata bilərsiniz.
    59. Unutayın, vaxtınızın səmərəli idarə edilməsi sizi daha cəld edir. Etmək istədiyiniz işi edin. Məcbur iş görməyin.
    60. Fərdi inkişaf kitablarını inama çevirməyin. Onları oxuyun və sizə lazım olan xeyirli məsələləri qeyd edin.
    61. Macəra axtarışında olun. Yenidən uşaq olun. 
    62. Təbiətdə vaxt keçirdin. Təbii peyzaj, mənzərə bizim hisslərimizə güclü təsir göstərir. Pikniklər təşkil edin, təbiətdə gəzinin. Təbiətə nə verəcəksinizsə, onu da alacaqsınız.
    63. Müdrik insanların dediyi bu kəlamı unutmayın: "Sağlam bədəndə sağlam ruh olar". Bədəninizi unutmayın. Çünki bədəniniz ağlınızlə birbaşa əlaqəlidir. Bədəninizə dəyər kimi yanaşın.
    64. Çox güclü olun ki, nəsə sizin ağlınızın sakitliyini pozmasın. İstəklərinizi məhdudlaşdırın və məqsədyönlü olun. Daim praktikada tətbiq etmək bu prosesi asanlaşdırır.
    65. Yuxuya 3 saat qalmış yemək yeməyin. Bu yeməyin həzmini asanlaşdırır və yuxunu daha sakit və normal edir. Dərin və tərvaətli yuxu üçün yatmamışdan öncə idman edin. 
    66. Nüfuz və işgüzar reputasiyanız haqqında düşünün.  Əgər reputasiyanız yaxşıdırsa, sizi daha yüksək zirvələrə qaldıracaq. Həyatdan zövq alın, amma sağlam düşüncə ilə onu mülayimləşdirin.
    67.  Özünüzə ondan nümunə götürə biləcəyiniz bir hamyədar tapın, elə bir himayədar kı, sizi həyat yolunuzda müşayiət edəcəkdir. Bütün səhvlər kiminsə tərəfindən hökmən edilmişdir. Başqalarının təcrübəsindən də istifadə edin. Himayədar kimi elə bir adamı seçin ki, müdrikliyi, başqa insanlara olan diqqəti ilə seçilən həyat təcrübəsi olan bir insan olsun. Himayədarınız sizdən yaşca böyük olmalıdır, sizin maraqlarınız üçün çalışmalıdır.
    68. Zəif cəhətləriniz olan siuyahı tutun. Özünə güvənən və məlumatlı insan öz zəif cəhətlərini bilir və onları düzəltməyə çalışır. Ən güclü insanların belə zəif cəhətləri var, sadəcə olaraq onlar bu cəhətləri mahircəsinə gizlədə bilirlər. Paralel olaraq, öz güclü və üstün cəhətlərinizi qeyd edin və onları inkişaf etdirin.
    69. Şikayət etməyin. Sizi müsbət, güclü, enerjili, intuziazm dolu şəxs kimi tanısınlar. Şikayət edən şəxs hər bir şey və kəsdə bir mənfi cəhət axtarıb tapır. Bu cür insanlar digər insanları hürküdür və uğru əldə edə bilmir.Psixoloji nöqteyi-nəzərdən hər şey iki dəfə yaranır: Biri ağılda, biri reallıqda. Ruhən möhkəm olun ki, heç kim və heç nə sizi qoyduğunuz məqsəddən yayındıra bilməsin.
    70. Dostlarınıza onların zəif cəhətlərini bağışlayın. Əgər siz çatışmazlıq axtarırsınızsa, onda hökmən onu tapacaqsınız. Dostlar xoşbəxt həyat üçün mütləq olmalıdırlar. Yaxşı dostlarının olması üçün özün də yaxşı dost olmalısan.
    71. Mehriban, diqqətli, nəzakətli olun. Eyni zamanda ehtiyatlı olun, nə vaxt sərt və mərd olmalı olduğunuzu bilin. Bu cəhətlər formalaşmış xarakterin əlamətləridir və insanların hörmətini qazandırır. Diqqətli dinləyici olun, insanlara hörmət edin, digər insanlararası keyfiyyət və vərdişləri inkişaf etdirin.
    72. Özünüz üçün əxlaqlı, sakit, intizamlı, güclü, peşəkar insan imici yaradın. Ətraf mühit və xarakteriniz üçün uyğun və ahəngdar bir imic yaradın. Əsl ağıllı insan bütün kartlarını açmır. Özünüz haqqında, strategiyanız, məqsdələriniz haqqında hər şeyi danışmayın. Başqaları haqqında pis heç nə deməyin. Öz xarakterinizi təkmilləşdirmək üzərində çalışın və həyatınızda yüksək prinsiplərə əməl edin.
    73. Unutmayın ki, ərk etmək ehtiyatlılıq yaradır. Ən yaxın adamlardan savayı, hər kəslə məsafə saxlayın.
    74. Öz vaxtınızı təşkil etməyi öyrənin. Əgər siz konkret vaxt rejimi ilə işləyir, vaxtınızı bölüşdürür, plan qurursunuzsa, bu o demək deyil ki, siz axıcı insan deyilsiniz. Vaxtın düzgün idarə edilməsi və planlaşdırılmış şəkildə iş görmək sizin boş vaxtınızın olmasına şərait yaradır.
    75. Cari hadisələr, kitab yenilikləri, maraqlı və trenddə olan istiqamətlər barədə məlumatlı olun. Bilik-gücdür. Kim olmağınızdan asılı olmayaraq siz bir ideyanız ilə öz həyatınızı və ətrafınızda olan insanların həyatını kökündən dəyişə bilərsiniz.\
    76. Həyat üzrə tərəfdaşınızı seçəndə, unutmayın ki, bu sizin həyatınızda olan ən önəmli qərardır. Nigah sizə 90% dəstək, xoşbəxtlik, uğur   verməlidir, ona görə də tərəfdarı ağılla seçin. Seçim edərkən tələsməyin, başqalarının bu seçiminəz qarışmasına yol verməyin. Seçdiyiniz şəxsdə tamlıq, yumor hissi, bağlılıq, temperament, həyat təcrübəsi, uyğunluq, ağıl və "kimyavi uyğunluq" kimi keyfiyyətlər olmalıdır.
    77.  Heç kimlə öz şəxsiyyətinizi təkmilləşdirməyinizlə bağlı işinizi müzakirə etməyin. Sizin ağıl və ruhunuzun inkişaf strategiyası ancaq sizə aiddir.
    78.  Həftə üzrə vaxtınıza rahatlamaq və gərginlikdən azad olmaq üçün vaxt ayırın və bu rejimə əməl edin. Bizim hər birimizə özümüzə ayırmaq üçün vaxt lazımdır.ş Bu vaxt düşünmək, rahatlanmaq, enerjini bərpa etmək üçün lazımdır. 
    79. Hiss və təmasımızın 83%-ni biz gözümüzlə hiss edirik. Ona görə də sizin fikrinizi yayındıran nəsə varsa, gözünüzü yumun, sizin fikrinizi yayındıran nəsə ötüb keçəcək.
    80.  Öz iradənizin ağası, öz vicdanızın qulu olun.
    81. Üzməyiniz üçün gündəlik plan qurun. Üzgüçülük sizin orqanizminizi möhkəmlədəcək. 
    82. O insanlar ki, bu gün onlara yaxşıdır, onlar özlərinə xoşbəxt sabahı təmin etmiş olurlar.

Комментарии