Xroniki yorğunluq…

Hər kəs ən azı ayda bir dəfə, ən çoxu bir neçə dəfə xroniki yorğun olur. Bu isə insanın çox yüklənməsi, az yatması, vaxtında yatması, aktiv iş həyatı, aktiv sosial-ictimai fəaliyyət, qaçhaqaçların nəticəsində olur, orqanizm, beyin yorulur. Yorğunluğun ən son həddi xroniki yorğunluqdur və müxtəlif xəstəliklərin yaranması üçün əsas amil, səbəbdir. Xroniki yorğunluq orqanizmi yoraraq zəiflədir.

Xroniki yorğunluq özü bir xəstəlikdir və digər bir xəstəliyin də simptomudur.

Xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə həkim Pol Çeyni tərəfindən təsvir edilmişdir. Bu xəstəlik cavan ali təhsilli adamlar arasında geniş yayıldığı üçün onu bəzən məcazi mənada “cavan karyeristlərin qripi” də adlandırırlar.

İnsan 10 saatdan çox düşünürsən, düşüncələr ona rahatlıq vermirsə, nigarançılıq, narahatçılıq verirsə, onlardan azad ola bilmirsə, deməli o insanın  beynini yorur. Bütün orqanizmi isə beyin idarə edir. Beyin yorulanda, orqanizm də yorulur.

Mütəxəssilərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır. Xəstəliyin səciyyəvi cəhətləri kimi xəstənin özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin keçməməsi göstərilir. Bir az konkretləşdirərək əsas əlamətlər kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxulama hallarını göstərmək olar.

Ona görə də dincəlmək, əsəbləri qorumaq lazımdır.

Yaranma səbəbləri:

Disinxronizm;
İnfeksiya, hər hansı bir infeksion xəstəliyin tam müalicə edilməməsi və ya gizli şəkildə inkişaf etməsi;
Yara, istər fiziki, istər mənəvi, psixoloji;
Stress;
Gecə yuxunun az olması, yuxusuzluq;
Gecə apnoe sindromu;
Natamam və qeyri-sağlam qidalanma;
Anemiya;
Depressiya;
Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz);
Şəkərli diabet;
Orqanizmin susuzlaşması;
Ürək və damar xəstəlikləri;
Onkoloji xəstəliklər;
Tez-tez soyuqlama və xəstələnmə;
Yaddaş pozulması;
Diqqətin pozulması və dalğınlıq;
Simptomlar:

baş ağrısı;
gərginlik;
depressiya;
arterial hipertoniya;
impotensiya;
əzələ ağrıları;
yuxulama hissi;
mədə-bağırsağın funksional pozğunluğu və s.
Səsə, işığa həssaslıq;
Xəstəliyə məruz qalmamaq üçün bu qaydalara riayət etmək lazımdır:

Mübahisələr, neqativ enerji, yüklənmələrdən uzaq durmaq;
Hər şeyə müsbət tərəfdən yanaşmaq;
Özünü sevmək və təmiz havadan qorxmamaq;
Sifəti soyuq su ilə yumaq;
Hər gün havada 1-1,5 saat gəzmək;
Həftə sonlarını təbiət qoynunda keçirmək.
Yorulmayın. Yorulmamaq üçün özünüzü, beyninizi, səhhətinizi, ruhunuzu sevin. Sağlam olun.

Комментарии