Cəmiyyətin “Qadın” adlı problemi

Həyatın lap dibinə getməyin. Orada cəhənnəm var, yanıb külə dönərsiniz. Problemin lap dibinə getməyin, dərinə getdikcə, bildiyiniz sizi üzəcək, bildiyiniz, gördüyünüz, eşitdiyiniz sizin xoşunuza gəlməyəcək, ya birdəfəlik imtina edəcəksiniz, ya da biganələşmiş robota çevriləcəksiniz. Bir yandan da həqiqəti bilməyə hər kəsin haqqı var…

Cəmiyyətin “Qadın” adlı problemi var. Sanki hər problemin arxasında qadın var…

Qız övladları anadan yarımalıdır, anası ilə rəfiqə olmalıdır. O da ki, bizim cəmiyyətdə nadir hallarda rast gəlinən haldır. Ona görə də uğursuz, zəif qadın öz qızını da elə tərbiyə edəcəkdir. Cəmiyyətdə qadın susdurulacaq, əziləcəkdir. Çünki bununla mübarizəni qadın özü başlamalıdır. Qadın isə qorxur, cəsarət etmir, ən rahatını içinə salıb dözməyi seçir.

Qadın doğulduğu andan xərcdir. Xüsusi diqqət, zaman, xərc tələb edir. Qorunmalıdır. Bərabər hüquq və azadlıqları qanunla verilsə də, məhdudlaşdırılır, qanuna əməl edilmir.

Qadın özü cəmiyyət üçün problemdir.

Sanki qadın böyük daş kimi düşür digər qadınların və kişilərin başına… Kaş düşəydi, daş olaydı, bəlkə beyin silkələnərdi, sağlam düşünməyə başlayardı cəmiyyətdə qadına probel  yarananlar, qadına problem kimi yanaşanlar…

Qadının özü cəmiyyətə problem olmaqla yanaşı, özü bir çox önəmli problemlərlə qarşılaşır.

Azadlığın olmaması, həddən artıq çox olan qadağa, məhdudiyyət, süni asılılığın və maneələrin yaradılması;
Təhsil almaması və ya aldığı təhsilin onun bir işinə yaramaması;
İşləməməsi və ya işləməsinə icazə verilməməsi;
Erkən ailə qurub, valideyn olmağa vadar edilməsi;
Qınaqlar, müzakirələr, qeybətlər;
Şəxsi pulunun olmaması;
Özgüvənin olmaması;
Sağlam olmayan ailə tərbiyəsi, zəif, əzik varlıq kimi tərbiyə edilməsi;
Səbr və dözümün təlqin edilməsi və hər şeyi içinə salaraq öz əsəb və sağlamlığına zərər verməsi;
Sağlam olmayan düşüncə tərzi və kənardan yeridilən fikirlər, başqalarının qərarlarını öz qərarı kimi qəbul etməsi;
Beyninə görə deyil, cinsəlliyinə və ayaq arasına görə qiymət verilməsi;
Özünü aldatması, təsəllisi;
Neqativ yönlü olması;
Aqressiya, paxıllığı;
Öz üzərində işləməməsi, inkişaf etməməsi;
Qadının düşüncə ilə deyil, hiss və emosiyaları ilə hərəkət etməsi, seçməsi, yaşaması, qərar verməsi.
Emosiyalardan asılılıq;
Tələskənlik;
Səbrsizlik;
Məntiqdən kənar seçim və qərarlar, asılılığa razılıq verməsi. Azad ola bilməməsi.
Ardı var.

Комментарии