Ailə institutu mənim baxış bucağımda…

Ailə institutu Fatihə, Nəs, İxlas surəsinə uyğundu. Tanışlıq və nigah – fatihə, ailədə çoxtərəfli münasibət gərginləşir-nəs, boşanıb ayrılıraq xilas olurlar – ixlas, sonra da cəmiyyət hər ikisinin fatihəsini verir, kişi davam edir yenidən başlamaqla, qadın təzyiq, zorlanmalarla öldürülür.

Boşanandan sonra kişi yeni münasibətə fatihə verib başlayır, bir “bakirə” qızı “açır”, əvvəlki xanımına qarşı nəs əməllər görüb, həyatını cəhənnəm edir, nəs surəsi yaşadır, sonra isə öldürüb, intihara sürükləyib xilas olur, ixlas surəsi yaşanır.

Ailə institutu və insanlar arasında münasibətləri çərçivəsində yaşanılan və yaşadılanları gördükcə, düşünürəm ki, yaxşı ki, Allah olmamışam, ya dünyanı dağıdardım, ya insanları birdəfəlik məhv edərdim, ya intihar edərdim, ya da vəzifəmdən istefa verərdim.

Ailədə fərdlərin, tərəflərin sayı çox olduqca, hər şey bölünür – sevgi, öhdəlik, hörmət, diqqət, bir insanın üzərinə düşən pay azalır. Qısqanclıq, paxıllıq, sağlam olmayan rəqabət, narazılıq başlayır. Halbuki ailə qurulan zaman sevgi iki nəfər arasında olur. Hər iki tərəf bir-birinə 100%lik sevgi verir…

Payların faizi azaldıqca, insanlar soyuyar, kobudlaşar, uzaqlaşar, bir gün biganələşər, ya da aqressiv olar… İnsandan insana fərq vardır.

İki insanı ayırmaq üçün onları bir araya gətirmək lazımdır. İki sevən insanda nifrəti oyatmaq üçün onları ailə etmək lazımdır.

İki insan formalaşmayıbsa, üzərində işləmirsə, ya da işləmək prosesi davam etmirsə, edirsə, dayanırsa, özünü tənqid yoxdursa, lazımi səviyyədə deyilsə, o tək qalmalıdır, Yox, əgər kimsə həyatında varsa, paralel getməlidir proses. Getmədisə, başlanğıcın sonu var, özü də ki, qısa zamanda…

Комментарии