Bizim mentalitet

Qanundan kənar doğulan uşaq,

Ya zibil qutusuna atılar, ya da küçəyə,

Milli mental dəyərlər var,

Bic doğulub, kimsə istəməz onu…

Ya da ki, qız doğulub, oğlan istəmiş,

Evdəki nənəsi, babası, atası,

Anasına təzyiq etmişlər,

Əlindən alıb atmışlar körpələr evinə…

Körpələr evində yeni atılmış,

Yeni doğulmuş körpə ağlayar,

Axtarar anasını, acdır deyə…

Bilinmir kimdir atası,

Kimdən qazanıb onu anası…

Uşaq vaxtı pedofilin biri,

Zorlayır səni, susursan yenə,

Günahkar sənsən, qadınsan deyə,

Üz vermisən zorlayanına…

Səsin çıxarsa, öləcəksən,

Bakirə deyilsən artıq,

Məhv edilmiş gələcəyin, həyatın,

Bir qan, bir qat həll etmiş həyatını…

Milli mental dəyərlər var,

cəza kəsilər qurbana,

kəsilməz kişiyə, zorlayana…

Bir də ki, varsa evdə qardaşın,

Çox qadağalar olacaq sənə,

Qızsan deyə, olmazlar,

Ora getmə, bunu etmə,

Öl öldüyün yerdə…

Təhsil almaq,

kitab oxumaq,

yaraşmaz qadına, qıza,

Qız ərə gedib kölə olmalı,

Ərin ailəsinə qulluq etməli,

Ərə gedərək yağışdan

düşər yağmura qızlar,

Sonra bir uşaq doğmaq,

Sonra susmaq,

Boşanmaq, ata evinə dönüb,

Minnətli çörəyi yemək,

hər gün günahkar çıxarılmaq…

Milli mental dəyərlər var,

Qız ərə gedərkən

meyidi çıxmalı ər evindən…

Комментарии