Ailə hər mənada sərmayə tələb edir, xərcləri artır. Bura vaxt, əsəb, səhhət, sevgi, diqqət, pul sərmayə və xərclərini aid etmək olar. Müasir ailələrdə bu cür sərmayə çox zaman birtərəfli olur və özünü doğrultmur.
Niyə tək yaşayanda özümüzə pulumuz -xərcimiz az çıxır, özümüzə daha çox vaxt ayıra bilirik, ailə quran kimi, kiminləsə birlikdə yaşayan kimi bunu bacarmırıq? Fərqlilik, tələbat və tələblərimizin fərqli olması, qazancımızın fərqli olması...
Tək yaşadığımız zaman valideynlərimizdən hazrı yemək gələrsə, işləyiriksə, o zaman kommunal və bazar-ərzaqa xərclərimiz azalır. Ya da ki, özümüz üçün az-az bişiririk, ya da bir qazan bişirib bir neçə gün yeyirik. Ailəli olanda, kiminlə yaşayanda bunu etmək mümkün olmur, Ailə üzvlərindən hər birisi işləsə də, kommunal xidmətlərdən istifadə artır, Bazarlıq xərcləri artır-gündəlik yemək bişirmək, qab yumaq, paltar yumaq, ütüləmək, evi yığışdırmaq, televizora baxmaq kommunal xərcləri artırır.
Tək yaşamayanda gəzinti, istirahət, geyim xərcləri də artır. Hələ bu ailədə uşaq varsa, xərclər hər gün daha çox artır. Söhbət tək maliyyə xərclərindən getmir.
Nəzərə alsaq ki, ailə qurmaq xərcdən başlayır və onu dağıtmaq üçün də xərc tələb olunur, övladın doğulması, hamiləlik əsas və artan xərclərdəndir, o zaman ailəni qurmaq və övlad sahibi olmazdan öncə mənəvi, psixoloji, fiziki və maddi hazırlıq olmalıdır. Müasir zamanda reallıq tərəfdaşlar tərəfindən real qəbul edilmir. Ona görə də ailələr qurulandan sonra qısa müddət ərzində dağılır.
Bir çox gənc qızlarımız ailəni məhz ana olmaq, bakirəlikdən yaxa qurtarmaq, valideyn təzyiqlərindən canını qurtarmaq, azad olmaq üçün qurur, ya da ailə quracağı insanın maliyyə göstəricilərini nəzərə alıb ona ərə gedir. Ona görə də ilk çətinlik olan kimi öhdəsindən gəlinmir.
Ailə qurmayın, tələsik qurmayın. Qursanız, məsuliyyətli, hazırlıqlı olun, xərclərinizi hesablayın və nəzərə alın.

Комментарии