İnsanlar var ki, onların qida vasitəsi insanların "beyni"dir.
Beyin yeməyin də yolları var. Necə ki, biz qidanı ya əllə, ya çəngəllə, ya çubuqla, ya da qaşıqla orqanizmimizə ötürürük. Adətən beyin ilə qidalanan insanlar aqressiv olurlar və seçdikləri yollar bu və ya digər şəkildə aqressiv olur. Beyin ilə qidalananlar daha çox psixoloji və mənəvi təzyiq və zorlama, şiddət alətini seçirlər.
Beyin yeməyin də yolları var. Necə ki, biz qidanı ya əllə, ya çəngəllə, ya çubuqla, ya da qaşıqla orqanizmimizə ötürürük. Adətən beyin ilə qidalanan insanlar aqressiv olurlar və seçdikləri yollar bu və ya digər şəkildə aqressiv olur. Beyin ilə qidalananlar daha çox psixoloji və mənəvi təzyiq və zorlama, şiddət alətini seçirlər.
- İrad, pretenziyalar. Bunlar daimi və ardıcıl olaraq təkrarlanan, haqlı və haqsız əsaslara malik ola bilər. Bunun həlli yolu mübahisə obyektinin müəyyən edilməsi, pretenziyanın həll olunmasıdır. Bunun üçün dinləmə və təhlil etmə qabiliyyəti olmalıdır.
- İlişmək, seçicilik yolu ilə səhv axtarıb tapmaq. Bu cür beyin yemək növündə hansısa rasional və məntiqi əsas olmur. Onun h'r hans; bir praktiki təməli olmur. İstənilən bir şey-hərəkət və ya hərəkətsizlik ilişmək və acı atmacalara səbəb olur. Bu atmacalar hansısa problemi və ya mübahisəni həll etməyə yönəlmir.
- Ədalətli tənqid. Bəzən seçici şəkildə ilişmələr sözlərin dəyişilməsi yolu ilə ədalətli tənqid kimi təqdim edilir və insanın yaxşılığı üçün olduğu vurğulanır. Burada daha çox yuxarıdan aşağıya doğru ierarxik tövsiyələr əhatə olunur. Tövsiyələrə əməl edilməyəndə isə ədalətli tənqid görkəmində atmacalar atılır. Bu daha çox bir insanın digər insanın üzərində domenant olmağı və onu idarə etmək istəyi ilə bağlıdır.
- Ələ salmaq və yersiz/ərkyanə zarafatlar. Əgər kimisə birbaşa tənqid edə bilmirlərsə, o zaman onu ələ salmaq və aşağılamaq yolu ilə zarafatlar edirlər. Adətən, normal ünsiyyət zamanı söhbətin ortasında gözlənilməz şəkildə yersiz zarafat edilməklə özünü göstərir.
- Xətrə dəyən, təhqir tərkibli müqayisələr. Burada insanı tənqid yox, kim və ya nə iləsə müqayisə edib təhqir edirlər. Məqsəd nəyisə və ya kimisə dəyişmək deyil.
- Susmaq və ya sükunət ilə münasibət bildirmək. Bu zaman sükunət və ya susmaq yola verməkdən daha çox biganəliyi ifadə edir. Susmaq və münasibət bildirməmək psixoloji aqressiya növüdür. Çünki uzun müddət susan adam bir gün partlayır və çox aqressiv, kobud olur.
Комментарии